ELM VƏ TƏHSİL
Birinci qrup üzrə ərizə təqdim etmiş abituriyentlərdən 34 min 240 nəfəri Azərbaycan bölməsinin, 2 min 643 nəfəri isə rus bölməsinin məzunudur
Bakı, 19 iyul (AZƏRTAC). Bu il ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə ərizə təqdim etmiş abituriyentlərdən 34 min 240 nəfəri Azərbaycan bölməsinin, 2 min 643 nəfəri isə rus bölməsinin məzunudur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, abituriyentlərdən 21 min 210 nəfəri orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13 min 766 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
1757 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Ən yaşlı abituriyentin təvəllüdü 1956-cı il, ən gənc abituriyentin təvəllüdü isə 1998-ci ildir.