ELM VƏ TƏHSİL
Birinci siniflər üçün “Həyat bilgisi” dərsliyinin müzakirəsi aparılmışdır
Bakı, 23 yanvar (AZƏRTAC). İbtidai sinif müəllimlərinin elmi-metodiki seminarı olmuşdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün “Həyat bilgisi” (müəlliflər Aybəniz İbrahimova və Saməddin İbrahimov) dərsliyinin və müəllim üçün metodiki vəsaitin müzakirəsi aparılmışdır.
Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri, eyni zamanda, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrində həmin bölgələrdən olan müəllimlər internet vasitəsilə videobağlantı əsasında fikirlərini söyləmiş, təkliflər verilmişdir.
Dərslik və müəllim üçün metodiki vəsait ilə bağlı yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.