Birləşmiş Ştatların neft ehtiyatları artıb
Bakı, 10 mart, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları artır.
AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 12,8 milyon barrel artıb. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 7,4 milyon barrel artmışdı.
Benzin ehtiyatlarında isə azalma qeydə alınıb.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]