BİRLƏŞMİŞ UNİVERSAL SƏHMDAR BANKININ ÖZƏLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında maliyyə bazarının və bank sisteminin inkişafına əlverişli şərait yaratmaq, bu sahəyə qabaqcıl iş təcrübəsinin və texnologiyanın tətbiqini, habelə investisiyaların cəlb olunmasını sürətləndirmək məqsədi ilə qərara alıram:
1.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
-Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə Birləşmiş Universal Səhmdar Bankının özəlləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayıb 2003-cü il iyul ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Bankı və Birləşmiş Universal Səhmdar Bankı ilə birlikdə 2003-cü ilin sonunadək Birləşmiş Universal Səhmdar Bankının institusional quruculuğu və özəlləşdirməyə hazırlığı ilə bağlı işləri tamamlasın;
-yüksək reytinqli bank-maliyyə qurumları və tanınmış investorlarla danışıqlar aparıb 2004-cü ilin sonunadək Birləşmiş Universal Səhmdar Bankının özəlləşdirilməsini təmin etsin.
2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2003-cü il