SİYASƏT
Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun çap etdirdiyi 20-dən çox müxtəlif adda kitab Qırğızıstan Prezidentinə hədiyyə olunub
Bişkek, 1 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun çap etdirdiyi 20-dən çox müxtəlif adda kitab Qırğızıstan Prezidenti Sadır Japarova təqdim olunmaq üçün Prezident Administrasiyasına verilib.
Bu haqda AZƏRTAC-ın müxbirinə Fondun rəhbəri Nüsrət Məmmədov məlumat verib.
Bildirilir ki, kitablar arasında ulu öndər Heydər Əliyev haqqında “Türk dünyasının tarixi şəxsiyyəti”, “Dünya siyasətinin zirvəsini fəth edənlər”, “Qalib Sərkərdə”, “Qarabağ zərbaycandır nidasından Şuşa İlinə”, “Rəsul Rzanın ikicildliyinin” birinci cildi, Vaqif Aslanın “Şuşadakı duyğular”, “1916-cı il qırğız üsyanı” və digər kitablar var.
İndiyədək Fond Azərbaycanın siyasi həyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı, həmçinin şair və yazıçılarımızın əsərlərindən ibarət 138 kitab çap edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek