Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sessiyasında Azərbaycanda qaçqın və məcburi köçkün problemindən danışılıb

Cenevrə, 29 sentyabr (AZƏRTAC). Sentyabrın 29-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb.

Sessiyada BMT QAK-ın İcraiyyə Komitəsinə üzv dövlətlərin nümayəndə heyətləri, qaçqınlara yardım üzrə beynəlxalq qurumların, regional, donor və BMT-yə tərəfdaş təşkilatların təmsilçiləri iştirak edirlər.

Tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Sessiyanın ilk günü BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, İcraiyyə Komitəsinin sədri Çoi Seokyunq, BMT baş katibinin soyqırımının qarşısının alınması üzrə xüsusi müşaviri Adama Dienq, Afrika qrupu adından Namibiyanın daxili işlər və immiqrasiya üzrə naziri Pendukeni İivula-İtana, eləcə də bir sıra beynəlxalq təşkilatların və nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. Onlar hazırda dünyanın müxtəlif regionlarında, xüsusilə də Afrikada qaçqın və məcburi köçkün probleminin acınacaqlı hal aldığını, bu qitədə 3 milyon insanın qaçqın, 12,5 milyon insanın məcburi köçkün həyatı yaşadığını, bununla yanaşı, 700 mindən artıq insanın vətəndaşlığının olmadığını qeyd ediblər. Çıxışlarda qaçqınlara humanitar yardımların artırılmasının vacibliyi ilə yanaşı, böhran və münaqişə ocaqlarında siyasi iradə göstərilməsinin və qaçqın problemlərinin səbəblərinin aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli HƏSƏNOV sessiyada çıxış edərək dedi:

- Hörmətli cənab sədr.

Xanımlar və cənablar.

İlk növbədə BMT-nin Qaçqınlar üzrə ali komissarına İcraiyyə Komitəsinin cari sessiyasında ali seqment çərçivəsində Afrika qitəsində qaçqınlarla bağlı vəziyyətə dair müzakirə keçirilməsi barədə vaxtında irəli sürülmüş təşəbbüsə görə təşəkkürümü bildirmək istərdim.

Bu qitə daxilində, habelə onun hüdudlarından kənarda insanların kütləvi miqrasiyası beynəlxalq birliyin qarşısında uzun müddət mövcud olan qaçqınlar və məcburi köçkünlər problemləri ilə yanaşı, yeni vəzifələr qoyur. Bu məsələ Azərbaycan hökumətini ciddi narahat edir. Bir fakt daha böyük təşvişə səbəb olur ki, Afrika qitəsində qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı çoxdan bəri davam edən bir sıra məsələlərin həllində lazımi irəliləyiş əldə edilməyib.

Biz BMT QAK-ın yeni böhranlı vəziyyətlərə, o cümlədən Afrika qitəsində yaranmış vəziyyətə operativ münasibətini alqışlayır və yüksək qiymətləndiririk. Azərbaycan hökuməti BMT QAK ilə əməkdaşlığı həmişə yüksək qiymətləndirib və onun təkcə bizim ölkədə deyil, həm də beynəlxalq səviyyədə fəaliyyətini dəstəkləyir.

Azərbaycan qonşu Ermənistan tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdəbir hissəsinin işğal edilməsi ilə bağlı problemləri 20 ildən artıq müddətdə öz üzərində hiss edən bir ölkə kimi Afrika qitəsi ölkələrinin məruz qaldığı problemlərin bütün ağırlığını çox yaxşı başa düşür.

Azərbaycan hökuməti bu qitədəki humanitar problemlərə laqeyd qalmayaraq öz imkanları çərçivəsində həm beynəlxalq təşkilatların xətti ilə, həm də ikitərəfli əsasda humanitar fəaliyyətini genişləndirməkdə davam edir. Bununla əlaqədar qeyd etmək istərdim ki, Azərbaycan hökuməti tərəfindən Xarici İşlər Nazirliyi yanında yeni yaradılmış Beynəlxalq İnkişaf Agentliyi (AİDA) dünyanın müxtəlif hissələrində, o cümlədən Afrika ölkələrində çoxsaylı humanitar layihələr həyata keçirir. Bu gün AİDA İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada səhiyyə sahəsində layihələri uğurla həyata keçirir. 2011-2012-ci illərdə quraqlıq nəticəsində yaranmış humanitar böhranla əlaqədar Burkina-Faso dövlətinə də maliyyə yardımı göstərilib.

Bununla bərabər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq təşkilatlarla birlikdə Cənubi Sudanda humanitar xeyriyyə aksiyası həyata keçirilib.

Hörmətli cənab sədr, Afrika qitəsində baş verən hadisələr qaçqınların və məcburi köçkünlərin problemlərinin qarşısını real beynəlxalq əməkdaşlıq yolu ilə almağın vacibliyini bir daha göstərir. Eyni zamanda, vurğulamaq lazımdır ki, Afrika qitəsində uzun müddət davam edən məcburi yerdəyişmələr beynəlxalq birlikdən bu problemin və onun uzun müddət həll edilməməsi səbəblərinin hərtərəfli təhlil olunmasını tələb edir. Bütün bu yeni təhdidlər onların həllinə kompleks yanaşma tələb edir.

Bununla əlaqədar sizə xatırlatmaq istərdim ki, insanların uzun müddət yerlərini dəyişməsinə beynəlxalq birliyin laqeyd mövqeyi beynəlxalq sülh və təhlükəsizlik üçün real təhdiddir. Biz bunu nəzərə alaraq beynəlxalq birliyi ədalətli mövqe nümayiş etdirməyə, humanitar xarakterli fəaliyyətlə kifayətlənməməyə və problemin səbəblərinin aradan qaldırılması üçün zəruri siyasi addımlar atmağa çağırırıq. Bununla əlaqədar biz ali komissarın beynəlxalq əməkdaşlığa, gələcəkdə zorakı yolla yerdəyişmələrin qarşısını almaq məqsədi ilə münaqişələrə son qoyulması üçün siyasi əzmkarlıq göstərmək barədə çağırışına şərik olduğumuzu bildiririk.

Qeyd etdiyim kimi, Azərbaycan uzun müddət daxili köçkünlərin problemlərindən əziyyət çəkən ölkələrdən biridir. İyirmi ildən artıq keçməsinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına qaytarılması məsələsi həll edilməmiş qalır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna bitişik rayonlar tamamilə dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyasının işğal edilmiş ərazilərə səfəri və mövcud vəziyyəti qiymətləndirməsi zamanı bu təşkilat dağıntıların yüksək dərəcədə olmasını qeyd edib və Azərbaycanın işğal edilmiş ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib. İşğal edilmiş ərazilərin demoqrafik balansının pozulması və məcburi məskunlaşdırma prosesi bu günə qədər davam edir.

Ölkədə qaçqınlar və məcburi köçkünlər problemi yaranan vaxtdan Azərbaycan hökuməti ona həvalə edilmiş vəzifələri yerinə yetirir. BMT QAK da daxil olmaqla bir sıra beynəlxalq donorların köməyi ilə ölkə hökuməti qaçqınların və daxili köçkünlərin problemlərinin həll edilməsi üçün çoxsaylı tədbirlər görür. Cənab Quterreş Azərbaycana səfərləri zamanı dəfələrlə bu nailiyyətlərin şahidi olub və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərə verdiyi yüksək qiymətə görə ona təşəkkür edirik.

Bu ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz əcdadlarının məzarlarını ziyarət edərkən erməni tərəfi onları tutub. Onlardan biri - məcburi köçkün Həsən Həsənov əsir götürülərkən öldürülüb. Erməni tərəfi bu dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində əsirdir və orada qeyri-insani rəftara məruz qalırlar. Bütün bunlar beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Biz əsirlikdə olan həmvətənlərimizin dərhal qaytarılmasını, habelə Həsənovun meyitinin bizə verilməsini tələb edirik. Biz, həmçinin BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq.

Daha sonra qeyd etmək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində və BMT Baş Məclisinin qətnaməsində, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi, azərbaycanlı qaçqınların və daxili köçkünlərin qaytarılmasına imkan yaradılması bu kateqoriyaya aid insanların hərtərəfli müdafiəsi üçün son dərəcə vacibdir.

Sonda bir daha qeyd etmək istərdim ki, daxili köçkünlərin hüquqları ilə bağlı problemlərin həlli və onların müdafiəsi hərtərəfli yanaşma, o cümlədən müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasını tələb edir. Bu, həm də daxili köçkünlərin problemlərinin həllində çox mühüm addım olardı. Bu şərtlə ki, bütün tərəflər öz öhdəliklərini yerinə yetirsinlər.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X
Sonra Afrikanın Somali, Cibuti, Burkina-Faso, Çad və digər ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun iştirakı ilə həmin ölkələrdə həyata keçirilən humanitar layihələrə görə minnətdarlıq ediblər. Onlar beynəlxalq təşkilatlar istisna olmaqla heç bir dövlətin nümayəndələrinin öz çıxışlarında Afrika ölkələrinə dəstək olaraq konkret layihələr göstərə bilmədiklərini, lakin Azərbaycanın bir sıra Afrika ölkəsində konkret layihə həyata keçirdiyini qeyd ediblər.
X X X
İclasdan sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənovun BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş və Somalinin xarici işlər naziri Hon Buri Hamza ilə görüşü olub.

Somalinin xarici işlər naziri görüşdə qaçqın problemindən əziyyət çəkən ölkəsinin böhran vəziyyətindən çıxması üçün dünya ictimaiyyətinin, xüsusilə də müsəlman ölkələrinin dəstəyinə ehtiyac duyduğunu bildirib. O, Somaliyə, ümumilikdə Afrika qitəsinə göstərilən diqqətə görə Azərbaycana təşəkkür edib.

Əli Həsənov qeyd edib ki, müsəlman ölkələri ilə əməkdaşlığı dərinləşdirmək Azərbaycan Prezidenti İlham Əliyevin birmənalı mövqeyi və dövlətimizin strateji istiqamətidir. Ona görə, Azərbaycan böyük ölkə olmasa da, öz resursları çərçivəsində həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli münasibətlər müstəvisində təbii fəlakətlər və hərbi təcavüz nəticəsində zərər çəkən müsəlman bacı-qardaşlara daim dəstək olmağa səy göstərir və ölkəmiz hazırda müxtəlif layihələr çərçivəsində 10-a yaxın Afrika dövlətinə yardım edir.

Sessiyanın ilk günü başa çatdıqdan sonra qaçqınların problemlərinin həlli ilə məşğul olan təşkilatlara və şəxslərə “Nansen” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Sessiya öz işini oktyabrın 3-də başa çatdıracaq.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb