Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT tərəfindən "Elektron Hökumətin İnkişafı İndeksi”nin 2022-ci il üzrə hesabatı açıqlanıb

BMT tərəfindən "Elektron Hökumətin İnkişafı İndeksi”nin 2022-ci il üzrə hesabatı açıqlanıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov BMT tərəfindən "Elektron Hökumətin İnkişafı İndeksi”nin 2022-ci il üzrə hesabatı ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Bildiyimiz kimi BMT tərəfindən "Elektron Hökumətin İnkişafı İndeksi”nin 2022-ci il üzrə hesabatı açıqlanıb. Burada Azərbaycanın dünya ölkələri arasında reytinqi necədir?

- Elektron Hökumətin Qiymətləndirilməsi İndeksində rəqəmsal hökumət həlləri ilə yanaşı digər faktorlar da qiymətləndirilir. Belə ki, "Elektron Hökumətin İnkişafı İndeksi"ni təşkil edən meyarlara “Onlayn Xidmət”, “Telekommunikasiya İnfrastrukturu” və “İnsan Kapitalı” alt indeksləri daxildir.

Burada institusional bazanın mövcudluğu, həyat hadisələrinə uyğun rəqəmsal xidmətlər mövcudluğu və onlardan istifadə sayı, portalların məzmunu, strukturu və onlardan istifadə rahatlığı, xidmətlərin cəmiyyətin hər bir fərdi üçün əlçatan olması, mobil formada təqdim edilən xidmətlər, genişzolaqlı internet şəbəkəsinin həcmi, adambaşına düşən telefon və mobil internet səviyyəsi, sahəvi hüquqi bazanın mövcudluğu, yerli idarəetmə orqanları, o cümlədən bələdiyyələr tərəfindən təqdim olunan rəqəmsal xidmətlərin sayı, əhalinin təhsil səviyyəsi, rəqəmsal savadlılıq, innovasiyaların tətbiqi, dövlət xidmətlərinin göstərilməsində əşyaların interneti, ağıllı həllər, sosial innovasiyaların tətbiqi, fiziki məkanda xidmətlərin göstərilməsi və digər yüzlərlə əlavə faktorların əsasında qiymətləndirmə aparılır.

Bu hesabatda "Elektron Hökumətin İnkişafı İndeksi" üzrə dövlətlər ən yüksək, yüksək, orta və aşağı qruplarda təsnifləşdirilir. Azərbaycan yüksək qrupa aid edilən 73 ölkə arasındadır. Azərbaycan bu kateqoriyada təmsil olunan dövlətlər arasında 23-cü yerdədir.

Azərbaycan yüksək qrupda 69 bal dəyər indeksinə malikdir. Okeana çıxışı olmayan və EHİİ üzrə yüksək kateqoriyada qərarlaşmış 16 ölkə arasında isə Azərbaycan 8-ci mövqedə qərarlaşıb.

Reytinqə gəldikdə isə Azərbaycan dünyanın 193 ölkəsi arasında "Elektron Hökumətin İnkişafı İndeksi" üzrə 83-cü yerdə qiymətləndirilib.

Qeyd edim ki, Azərbaycan yüksək-orta gəlirli ölkələr sırasındadır və bu ölkələr üçün "Elektron Hökumətin İnkişafı İndeksi” üzrə müəyyən olunmuş ortalama bal isə 64-dür.

-Ümumiyyətlə reytinqin formalaşdırılması necə hesablanır və bura nələr təsir edir?

-"Elektron Hökumətin İnkişafı İndeksi"ni təşkil edən meyarlara “Onlayn Xidmət” , “Telekommunikasiya İnfrastrukturu” və “İnsan Kapitalı” alt indeksləri daxildir.

Azərbaycan “Onlayn Xidmətlər” alt indeksi üzrə 100 mümkün baldan 61 bal toplayıb. “Onlayn Xidmətlər” alt indeksi dövlət xidmətlərinin göstərilməsi zamanı informasiya və kommunikasiya texnologiyalarından hansı səviyyədə istifadə olunmasını ölçən mürəkkəb göstəricidir. “Onlayn Xidmətlər” alt indeksi üzrə yüksək-orta gəlirli dövlətlər üçün müəyyən edilmiş orta bal 57 baldır.

“Onlayn Xidmətlər” alt indeksinin qiymətləndirilməsinə təsir edən meyarlarından biri olan “E-İştirakçılıq” üzrə isə Azərbaycan 98-ci yer olaraq qiymətləndirilib.

“Telekommunikasiya İnfrastrukturunun İnkişafı” (Tİİ) alt indeksi üzrə 2022-ci il hesabatında Azərbaycan 67 bal toplayıb. Tİİ əsasən dörd göstərici - hər 100 nəfərə olan internet istifadəçi sayı, mobil abunəçilərin sayı, simsiz genişzolaqlı abunəçilərin sayı və sabit genişzolaqlı abunəçilərin sayı kimi meyarlara əsasən təyin olunur. Tİİ alt indeksi üzrə yüksək-orta gəlirli dövlətlər üçün müəyyən edilmiş orta bal 50 baldır.

Üçüncü isə Azərbaycan “İnsan Kapitalı” alt indeksidir ki, bu indeks üzrə Azərbaycan 79 bal toplayıb. “İnsan Kapitalı” alt indeksi üzrə yüksək-orta gəlirli dövlətlər üçün müəyyən edilmiş orta bal 76 baldır.

Göründüyü kimi, Azərbaycan hər üç alt indeks - “Onlayn Xidmətlər”, “Telekommunikasiya İnfrastrukturunun İnkişafı” və “İnsan Kapitalı” nəzərdə tutulmuş orta baldan yüksək bal toplayıb.

- Bəs reytinqdə ölkəni geri salan əsas sahə hansıdır?

- Reytinqdə bizi geri salan əsas meyarlardan biri isə “E-iştirakçılıq”dır. Bildiyiniz kimi e-iştirakçılıq dedikdə qərar qəbuletmədə və icra prosesinə vətəndaşların rolunun təşviqi, fikir və təkliflərinin öyrənilməsi, xidmətin formalaşdırılması və göstərilməsi zamanı bütün bunların nəzərə alınması başa düşülür. Son illər ərzində bu istiqamətdə bir sıra addımlar atılıb. Artıq cəmiyyətdə bu termin daha tez-tez işlənilir, bu istiqamətdə işlər görülür. Bu sahədə ölkəmizdə “ASAN Müraciət” sistemi, icra hakimiyyətini “E-iştirakçılıq” bölümü, “myGov” elektron hökumət portalının “Əks əlaqə” modulu, İdeya Bankı və s. tipli platformalar yaradılıb. Lakin buna baxmayaraq bu istiqamətdə balımız nəinki artmış, hətta müəyyən qədər azalıb. Qiymətləndirmə zamanı e-iştirakçılığın dövlətin bütün strukturları tərəfindən tətbiq edilməsi və bu prosesə əhalinin təşviqi xüsusi olaraq ölçülür və qiymətləndirilir. Qeyd olunan platformalar və onların e-iştirakçılıqla bağlı funksiyaları öncədən BMT-nin Elektron Hökumət Sorğusunda qeyd edilib. Həmçinin bu ildən EHİİ reytinqin hesabalanmasının yeni metodologiyası da tətbiq edilib. Görünür bütün bu faktorlar məsələyə mənfi təsir edib.

Digər səbəb isə regional xidmətlərin müxtəlif parametrlər üzrə qiymətləndirilməsinin aparılmasıdır. Bu ilin fevral ayından etibarən Azərbaycanda bütün yerli icra hakimiyyətlərini əhatə edən regional elektron hökumət portalı yaradılıb və portalda xidmətlərin müasir tələblərə uyğunlaşdırılmış, e-iştirakçılıq bölməsi yaratmaqla vətəndaşlar tərəfindən layihə təkiflərinin alınması, müzakirəsi və səs verməyə çıxarılması üçün imkan yaradılıb. Bundan başqa portal üzərindən vətəndaş, həmçinin onlayn xidmətlərə müraciət edə bilir və icra hakimiyyətləri ilə fiziki və ya onlayn formada görüş təşkil edə bilir. Təəssüf ki, bu yenilik və görülmüş işlər BMT tərəfindən 2022-ci ilin qiymətləndirməsində nəzərə alınmayıb.

Ümumiyyətlə qeyd edim ki, ölkə rəhbərliyinin də tapşırığı ilə bu sahənin inkişafı ilə bağlı ciddi işlər həyata keçirilir.

- Azərbaycanda elektron hökumət sahəsində görülən işlər onun reytinqinin yaxşılaşdırılmasına təsir edə bilibmi?

-Son illər ərzində ölkədə rəqəmsallaşma, xidmətlərin elektronlaşdırılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb, müxtəlif qurumlar tərəfindən vətəndaşların olduğu məkandan 7/24 xidmətə ala bilməsi üçün müxtəlif portallar yaradılıb. Bura Kənd Təsərrüfatı Nazirliyinin elektron kənd təsərrüfatı sistemi olan “e-agro” platformasını, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “e-Satınalma2 platforması, “myGov” elektron hökumət portalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-Sosial” platforması , Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin portal.rinn.az portalı, Təhsil Nazirliyinin portal.edu.az platforması, Dövlət Gömrük Komitəsinin e-customs.gov.az platforması, e-Su, Dövlət Arxitektura Komitəsinin birpencere sistemi, Ədliyyə Nazirliyinin mobil notariat, e-mehkeme və s. aid etmək olar. Yəni saysaq vətəndaşlara xidmət göstərən bu kimi portalların siyahısı həqiqətən çoxdur.

Reytinqlərin formalaşdırılması isə xüsusi metodologiyaya əsasən keçirilir. Qeyd edək ki, reytinqin formalaşmasını həyata keçirən Birləşmiş Millətlər Təşkilatına Azərbaycanla bağlı qiymətləndirmə meyarlarının açıqlanması üçün rəsmi məktub göndərilib. Məktubda Azərbaycanın elektron hökumət quruculuğunda görülən bu qədər işlərin bəzilərinin qiymətləndirmədə əksini tapmamasının səbəblərinin açıqlanması xahiş olunub.

- Azərbaycanın beynəlxalq arenada bu sahədə mövqeyi necədir?

-Bu sahədə ölkə olaraq çox tanınırıq. Daim Azərbaycan dünya ölkələri arasında beynəlxalq konfranslarda, sammitlərdə təmsil olunur, ölkəmizdə bu istiqamətdə görülən işlər və layihələr geniş auditoriyalara təqdimat edilir.

Biz Avropa Şurasının (AŞ) Süni Zəka üzrə Komitəsində (CAI) Azərbaycan olaraq təmsil olunuruq. Süni intellekt üzrə bütün dünyada hüquqi sənədin formalaşması üçün metodologiya, terminologiya, təsnifat və sistemləşdirmə üzrə qeydlər bildirir, təkliflər veririk.

Məlumat üçün deyim ki, bir çox ölkələrlə - Böyük Britaniya, Estoniya, Türkiyə kimi dövlətlərlə biz Elektron Hökumətin İnkişafı Mərkəzi olaraq anlaşma memorandumu əsasında əməkdaşlıq edirik.

Bu sahədə gördüyümüz işlər əslində diqqətdən kənarda qalmır. Müxtəlif layihələrimiz bütün dünya ölkələrinin iştirak etdiyi rəqəmsal transformasiya sahəsindəki beynəlxalq müsabiqələrdə müvəffəqiyyət qazanır. Məsələn, elə bu sentyabr ayında “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az layihəsi BMT-nin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (UN WSIS) çərçivəsində yaradılmış Dünya Zirvə Mükafatına qatılaraq (WSA) uğur əldə edib. Rih.gov.az portalı “Dövlət və vətəndaş iştirakçılığı” kateqoriyası üzrə nominasiyasında qalib olaraq final mərhələsinə vəsiqə qazanıb.

Bu ilin fevralında “ASAN Bridge” layihəsi “WSIS Forum” 2022 tərəfindən təşkil edilən “World Summit” mükafatının “İnformasiya Cəmiyyəti” kateqoriyası üzrə mükafatlandırılan layihələr arasında olub.

Həmçinin ötən il “myGov” mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Bu kimi nailiyyətlərimiz çoxdur, əminəm ki digər qurumların da bu istiqamətdə uğurları var. Belə bir şəraitdə biz bütün dövlət qurumları ilə bir olub ölkəmizin nailiyyətlərinin, uğurlarının beynəlxalq müstəvidə layiqincə təmsil olunması və Azərbaycanın müxtəlif hesabatlarda, göstəricilərdə reytinqinin yaxşılasması üçün birgə səy göstərməliyik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb