Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT və qloballaşma: "humanitar müdaxilə"lər fonunda yeniləşmə imkanları

BMT və qloballaşma:

Çox vacib beynəlxalq təşkilat olduğuna şübhə olmayan Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal siyasətdəki rolunun səmərəliliyinin yüksəldilməsi zərurəti ilə bağlı xeyli tədqiqatlar aparılır, kitablar, məqalələr dərc olunur, fərqli, hətta bəzən bir-birinə zidd olan ideyalar da irəli sürülür. Bu zaman təşkilatın funksiyalarının müqayisəli təhlili məsələsi aktuallaşır. O cümlədən BMT-nin dünyada sabitlik yaratmaq üçün tətbiq etdiyi mexanizmlər barədə fikirlər irəli sürülür. Məsələn, son dövrlərdə haqqında daha çox danışılan "humanitar müdaxilə"nin mahiyyəti, funksional özəllikləri və hədəflədiyi məqamlar haqqında maraqlı fikirlər ifadə edilir. BMT-nin bu üsuldan nəyə görə heç də həmişə səmərəli istifadə edə bilmədiyi üzərində düşünülür. Bu kontekstdə fərqli bir aspektdə BMT-də islahatların aparılması formasının müzakirələrə açıq olması ehtiyacı hiss edilir. Burada cavablardan çox sualların olduğu görünür.

"Humanitar müdaxilə": hüquq və ədalətin qovşağında

Dünya üzrə müxtəlif növ münaqişələrin XX əsrin sonu - XXI əsrin əvvəllərində sürətlə artması beynəlxalq təşkilatların, o cümlədən BMT-nin situasiyaya müdaxilə etməsi zərurətini bir daha ortaya qoydu. Bəşəriyyətin təhlükəsizliyinə təhdid yaradan bütün hallara qarşı konkret addımların atılmasını hər kəs qəbul etdi. Lakin əsas məsələ fərqli səbəblərdən qaynaqlanan bu kimi olaylara hansı hüquqi mexanizmlər və strateji-taktiki özəlliklərlə müdaxilə etməkdən ibarət idi. Bu sırada ilk olaraq BMT-nin rolu önəm daşıyırdı. Çünki bu beynəlxalq təşkilat dünyanın taleyinə görə daha böyük məsuliyyət daşıyır.

Lakin məsələnin hüquqi tərəfi bir qədər mürəkkəb vəziyyətdə ədalətli davranmağı tələb edir. Məsələ ondan ibarətdir ki, hər hansı münaqişə konkret ölkə ərazisində meydana gəlir. Avtomatik olaraq bu ölkəyə müdaxilə etmək kimi xeyli dərəcədə riskli situasiya ortaya çıxır. Çünki müasir dövrdə milli dövlətlərin suverenliyi və müstəqilliyi kimi dəyərlərə ciddi qiymət verilir. Onların qorunması ilə bağlı BMT-nin ayrıca öhdəlikləri vardır. Ancaq dinc insanların qətlə yetirilməsi, bir ölkənin başqa bir dövlətin ərazisini işğal altına alması, insan haqlarına qarşı təcavüz, dini, irqi mənsubluğa görə xalqların təqibə məruz qalması və s. kimi reallıqlar da mövcuddur ki, onlara laqeyd qalmaq mümkün deyil.

Hələ 1987-ci ildə "Sərhədsiz həkimlər" hərəkatının banisi, Fransanın keçmiş xarici işlər naziri Bernar Kuşner yazdığı "Le Devoir d'ingérence" adlı kitabda vurğulayırdı ki, demokratik dövlətlər insan haqlarının müdafiəsi naminə başqa ölkələrin daxili işlərinə qarışmalıdır. Təcrübə göstərdi ki, niyyəti yaxşı olan bu tezisdən müxtəlif dairələr öz maraqları naminə başqa ölkələrin daxili işlərinə demokratiya adı altında müdaxilə edir və qanuni seçilmiş iqtidarları, hətta konkret rəhbərləri belə devirmək üçün istifadə edirlər. Burada həm beynəlxalq hüququn pozulması, həm də geosiyasi ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi kimi əlamət özünü göstərir. Məhz bu məqam BMT kimi təşkilatın məsuliyyətini daha da artırır.

Beynəlxalq aləmdə yaranmış bu cür mürəkkəb vəziyyətdən çıxış yollarının axtarılması tamamilə normal haldır. Bu kontekstdə "BMT-nin yeni şərtlər çərçivəsində vəzifəsi nələrdən ibarət olmalıdır?" sualının aktuallaşması da təbiidir. 1994-cü il Ruanda hadisələri bu sualı daha kəskin şəkildə beynəlxalq aləm qarşısında qaldırmışdı. O zaman həmin ölkədə 1 milyon civarında insan etniklərarası münaqişə səbəbindən həyatını itirmişdi. Ancaq o proseslərə beynəlxalq təşkilatlar lazımi müdaxiləni edə bilməmişdi.

İlk olaraq geniş miqyasda 1999-cu ildə Yuqoslaviyaya müdaxilə oldu. Bunun adını "humanitar müdaxilə" qoymuşdular. Yəni BMT mandatı ilə dinc sakinləri humanitar fəlakətdən, soyqırımından, təcavüzlərdən qorumaq üçün NATO hərbi müdaxilə etmişdi. Bəzən bu kimi əməliyyatlara "humanitar müharibə" də deyirlər. Daha sonra Əfqanıstan (2001), İraq (2003) və Liviya (2011) gəlir. Bu ölkələrə "humanitar müdaxilə"nin nəticələri göz qabağındadır. Bu baxımdan indi Suriyada baş verənlər də diqqətdən kənarda qalmamalıdır. Çünki məhz həmin hadisələr müəyyən mənada "humanitar müdaxilə"nin sənədlərdə qeyd edilməyən üzünü açıq göstərir.

Məsələ belədir ki, milyonlarla suriyalı humanitar fəlakət içində dünyanın müxtəlif bölgələrində sürünməkdədirlər. Onların 3 milyon ətrafında olanı Türkiyədə sığınacaq tapıblar. Bir qədər az İordaniyada çadırlarda qalırlar. Əlavə olaraq milyonlarla insan güzəran axtarmaq üçün müxtəlif regionlara səpələniblər. Lakin "humanitar müdaxilə" konsepsiyasının yaradıcıları, məsələn, B.Kuşnerin vətəni olan Fransa reallıqda həmin insanları fəlakətdən qurtarmaq üçün ciddi addımlar atmırlar. Hələ yüz minlərlə miqrant Avropanın mərkəzində təhqir oluna-oluna tikanlı məftillər, dəmir qəfəslər arxasında "humanitar müdaxilə" gözləyirlər. Ancaq onlardan əvvəl də Cənubi Qafqazda ədalətsizliyə, hərbi təcavüzə, terrora və deportasiyaya uğramış xalq vardı.

Keçən əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistan hakim dairələri mütəşəkkil şəkildə azərbaycanlıları deportasiya siyasətini reallaşdırmağa başladılar. İnsanlar çox ağır şəraitdə, köməksiz halda, bütün insani haqları tapdalanmış formada öz yurdlarından didərgin salındılar. Onların əksəriyyəti yollarda həlak oldu, bir qismi erməni terrorunun qurbanına çevrildi, digərləri təcavüzlərə məruz qaldı, bir başqaları isə təhqir olunmamaq üçün özünə qəsd etdi.

Ancaq həmin dövrdə, cənab B.Kuşnerin "humanist" kitabının nəşrindən cəmi bir neçə il sonra bu qətliama, humanitar fəlakətə səs çıxaran olmadı. Sonralar nə Xocalı soyqırımı, nə erməni terroruna qurban gedən azərbaycanlıların taleyi, nə də milyonlarla azərbaycanlının öz yurdundan didərgin düşməsi BMT Təhlükəsizlik Şurası (TŞ) üzvlərinin "humanitar vicdanını" oyatmadı. Bunlar tarixi faktlardır, bəşər tarixinin ləkələrindəndir. Və həmin məqamları nəzərə almadan "humanitar müdaxilə" və ya "humanitar müharibə" ifadələrinə konkret məzmun vermək mümkün deyildir.

Dünyanın bir sıra başqa regionlarında da buna bənzər hadisələr müşahidə edildi. Bütün bunların fonunda "humanitar müdaxilə" adlanan ifadənin geosiyasi konteksti olduğu haqqında yazan müəlliflərə haqq qazandırmalı olursan. Eyni zamanda, BMT-nin humanitar müdaxilə üçün hansı hüquqi mexanizmlər hazırladığı məsələsi maraqlı görünür.

Humanitar müdaxilənin hüquqi çərçivəsini müəyyənləşdirmək üçün 2000-ci ildə BMT egidası altında dövlət suverenliyi və müdaxilə etmək məsələləri üzrə Beynəlxalq Komissiya yaradılıb. 2001-ci ildə o, "Müdafiə üzrə məsuliyyət" ("The Responsibility to Protect") adlı məruzə təqdim edib. Burada "müdaxilə etmək hüququ"nu "məsuliyyətli müdafiə" ifadəsi ilə əvəz etmək təklif olunub ki, bu da hərbi müdaxiləyə deyil, dövlətlərin vətəndaşların müdafiəsinə görə məsuliyyətinə önəm verir. Həmin bağlılıqda beynəlxalq aləmin humanitar hüququn pozulmasına qarşı "reaksiya vermək, aradan qaldırmaq və bərpa etmək" vəzifələrini yerinə yetirməsi tələb olunur.

Bu məruzə Qərbin aparıcı dövlətlərinin dəstəyini qazandı, lakin beynəlxalq konvensiya və ya BMT Nizamnaməsinə düzəliş xarakteri ala bilmədi. Nəticədə, "humanitar müdaxilə" məsələsinin həlli BMT Təhlükəsizlik Şurasının ixtiyarında qaldı. Problemin də maraqlı tərəfi məhz bundan ibarətdir. Özlüyündə "humanitar müdaxilə" ciddi fəaliyyətdir. Onun nəticəsi bütövlükdə bir dövlətin yox olması və ya yeni siyasi idarəetməyə keçməsi ola bilər. Bu isə konkret cəmiyyətin taleyində təsirli dəyişiklikdir. Təsəvvür edək ki, bu cür taleyüklü məsələni bir sıra hallarda konkret olaraq 5 dövlət - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin həll etməlidir! Burada ədalət prinsipi nə dərəcədə gözlənilir və 200-dən artıq üzvü olan BMT-nin məsuliyyəti hansı səviyyədədir?

Burada məsələnin əsas cəhəti, eyni zamanda, ədalətli müdaxilə mexanizmi ilə bağlıdır. Deyək ki, bir dövlət başqasının ərazisini işğal edib və orada ağır humanitar fəlakət vardır. Bu halda BMT situasiyaya vaxtında və effektiv müdaxilə edə bilirmi? Təcavüzkarı yerində oturtmaq üçün "humanitar müdaxilə"nin bütün imkanlarından tərəfsiz, obyektiv və ədalətli istifadə edirmi? Əfqanıstanda, İraqda və Liviyada həyata keçirilənlər tam olaraq humanitar fəlakətdən xilasa xidmət edən əməliyyatlardırmı? Əgər bu sualın cavabı müsbətdirsə, onda BMT TŞ-nin fəaliyyətinə birbaşa aidiyyəti olan başqa məqamı xatırlatmağa ehtiyac yaranır.

Ermənistanın təcavüzkarlığı: "humanist" qiymətləndirmənin faciələri

Biz Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Cənubi Qafqazda mürəkkəb geosiyasi vəziyyətin yaranmasına BMT TŞ başda olmaqla beynəlxalq aləmin verdiyi reaksiyanı nəzərdə tuturuq. KİV-də dəfələrlə burada hansı vəziyyətin yarandığı haqqında informasiyalar gedib və biz də yuxarıda ona toxunduq. BMT TŞ nə etdi? Hələlik 4 qətnaməni qəbul etməkdən savayı heç bir "humanitar" addım atılmayıb. Ermənistana qarşı nəinki hansısa "humanitar müdaxilə"dən danışıblar, heç qəbul edilən 4 qətnamənin belə reallaşması üçün İrəvana təzyiq göstərməyiblər. Bu halda BMT üçün əhəmiyyəti olan "humanitar müdaxilə" hansı anlama gəlir? Axı, BMT-nin Nizamnaməsinin 51-ci maddəsində deyilir ki, əgər bir dövlətə təcavüz olursa, ona yardım etmək olar. Yəni özünümüdafiə və BMT TŞ-nin sanksiyaları "humanitar müdaxilə" üçün əsas məqamlardır. Onda bəs niyə indiyə qədər Azərbaycanın özünümüdafiə hüququna BMT-dən ciddi dəstək yoxdur və Ermənistana qarşı sanksiyalar tətbiq edilmir? Belə çıxır ki, mütəxəssislərin "humanitar müdaxilə dilemmaları" haqqında danışmalarının tam əsası vardır.

BMT-nin bu kimi problemlər qarşısında aciz qalmasının başqa bir vacib aspekti də mövcuddur. Həmin aspekt Böyük Britaniyanın Vestminster Universitetindən olan beynəlxalq münasibətlər üzrə mütəxəssis Aydan Hehirin aşağıdakı fikri kontekstində aktualdır: "Humanitar müdaxilə müasir beynəlxalq münasibətlərdə mübahisələrin və ziddiyyətlərin əsas səbəblərindən biri olub". Burada əsas diqqət müasir dünyada güc tətbiqinin müasir beynəlxalq münasibətlərdə rolunun, onu hansı hallarda işə salmağın BMT-nin Nizamnaməsi baxımından legitim olduğunun nəzəri-hüquqi aspekti üzərində cəmləşdirilir.

Mütəxəssislər beynəlxalq təcrübə əsasında bu problemi geniş surətdə araşdırmaqdadırlar. Tədqiqatlar Ruanda və Kosovo hadisələrini, "humanitar müdaxilə" konsepsiyasını, Əfqanıstanda antiterror əməliyyatlarını, İraqa ABŞ-ın hərbi təcavüzü, BMT-nin uğursuz Somali müdaxiləsi və s. faktları analiz etməyə istiqamətlənib. Bu kontekstdə ABŞ-ın Brukinqs İnstitutunun apardığı bir tədqiqat olduqca maraqlıdır. Analitiklər BMT-nin sanksiyası ilə güc tətbiqinin legitimliyi məsələsinin müxtəlif aspektlərini araşdırmağa çalışırlar. Bu kontekstdə güc və legitimlik anlayışlarının qarşılıqlı nisbəti digər aspektlərlə yanaşı beynəlxalq münasibətlər sisteminin normal işləməsi baxımından da aktualdır. Araşdırmalardan görünür ki, hələlik BMT çərçivəsində qəbul edilən qərarlar belə həmişə balanslı və ədalətli olmur.

Məsələnin kökü ABŞ dövlət katibinin keçmiş müavini və Brukinqs İnstitutunun direktoru Stroub Telbottun vurğuladığı bir məqamla əlaqəlidir. S.Telbottun fikrincə, İkinci dünya müharibəsindən sonra gücün qlobal nizamlama mexanizmlərinin yeni məzmunlu münaqişələrə (məsələn, milli dövlətlərin parçalanma təhlükəsinə və ya terror şəbəkələrinin kütləvi qırğın silahlarına malik ola bilməsi təhdidinə qarşı) necə tətbiq edilməsi sadə problem deyil.

Güc tətbiqi və legitimlik: tarixin çətin sınaqları qarşısında

Deməli, geniş aspektdə hazırda BMT-ni aciz duruma salan məqam güc tətbiqinin yeni şərtlər daxilində legitimliyinə nail ola bilməməkdir. Bu məsələnin müxtəlif aspektləri mövcuddur ki, mütəxəssislər onları analiz edirlər. İvo Daalder vurğulayır ki, BMT-nin 1945-ci ildə qəbul edilmiş Nizamnaməsində yalnız iki halda güc tətbiqinə icazə verilir: özünümüdafiə üçün və təcavüzü aradan qaldırmaq üçün (bu halda TŞ-nin uyğun qətnaməsi olmalıdır).

Bu gün onlara üç yeni əsas əlavə edilib: dövlət tərəfindən vətəndaşların sıxışdırılmasının qarşısını almaq üçün humanitar müdaxilə, hərbi əməliyyatlar vasitəsi ilə terror məkanlarının aradan qaldırılması və güc vasitəsi ilə kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması. Bununla da BMT üçün kütləvi qırğın silahlarının yayılması, terrorun tüğyan etməsi və etnik münaqişənin qarşısının alınması əsas vəzifələr sırasına daxil edilib. Lakin təcrübə göstərir ki, BMT daha çox məhz bu məsələlərdə sona qədər ədalətli ola bilmir və ya belə olmağa gücü çatmır. Biz yuxarıda bunun nümunəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini göstərmişik. Uzun illərdir ki, nə BMT, nə də ATƏT problemin ədalətli həllinə nail ola bilmirlər. Halbuki mütəxəssislərin qeyd olunan fikirləri də göstərir ki, bunun üçün hüquqi əsas kifayət qədərdir. Bəs problem nədən ibarətdir? İlk növbədə BMT bu suala cavab tapmalıdır.

Dyüks Universitetinin eksperti Brüs Centlesonun bu kontekstdə beynəlxalq terrorla mübarizə formaları haqqındakı fikirləri maraqlıdır. Onun qənaətinə görə, ümumiyyətlə, "terrorizm" anlayışı haqqında yekdil mövqe işlənmədiyindən, böyük dövlətlər arasında bu məsələdə ciddi ziddiyyətlər mövcuddur. ABŞ, Rusiya, Çin və başqa ölkələrin terrorizm barədə fərqli fikirləri vardır. Bir böyük dövlət üçün terrorçu sayıla biləcək qrupu digəri xalqın azadlığı uğrunda mübarizə aparan təşkilat kimi qəbul edir. Nəticədə, yüksək səviyyədə bu və ya digər silahlı münaqişəyə lazımi müdaxilə haqqında ortaq qərar alınmır. Milli dövlətlər isə həmin vəzifənin öhdəsindən gəlmək iqtidarında deyildirlər. Bu səbəblərə görə də müasir dövrdə BMT-nin qəbul etdiyi qərarlar belə bir sıra hallarda yerinə yetirilmir.

Onda bu istiqamətdə yaranmış problemlər böyük dövlətlər arasında geosiyasi ziddiyyətlər həll edilmədən aradan qaldırıla bilməz. Bunun əlamətləri isə hələ ki, görünmür. Buradan belə çıxmırmı ki, islahatların aparılması belə BMT-nin beynəlxalq aləmdə fəaliyyətinin səmərəliliyini təmin etməyəcək? Çünki əsas məsələ super geosiyasi güclərin problemə yanaşmasında ziddiyyətlərin qalmasındadır. Doğrusu, belə təəssürat yaranır ki, BMT özü beynəlxalq təşkilat kimi "geosiyasi seytnot" vəziyyətinə düşüb - bir tərəfdən çox aktual problemlər yığılıb qalıb, digər tərəfdən isə onların həlli üçün lazım olan prinsiplərin işlənməsi geosiyasi maraqların girovuna çevrilir. Bunları nəzərə almadan BMT-də islahatlardan danışmağın əhəmiyyəti yoxdur.

Ancaq bir sıra mütəxəssislər ilk baxışdan qəribə görünən çıxış yolları da təklif edirlər. Brukinqs İnstitutundan olan Syuzan Rays və Corctaun Universitetinin təmsilçisi Endrü Lumis "humanitar müdaxilə"ni klassik dövlətlərarası müharibəyə alternativ kimi qəbul edərək, həmin kontekstdə fikir irəli sürürlər.

Onlar hesab edirlər ki, ABŞ və NATO BMT TŞ-nin sanksiyası olmadan qətiyyətli addımlar atmalıdırlar. Müəlliflərin fikrincə, "Səhrada fırtına" (1991) əməliyyatından başlayaraq "humanitar müdaxilə" çox aktual bir məsələyə çevrilib. Eyni zamanda, Somali (1992), Ruanda (1994), Haiti (1994), Bosniya (1995), Kosovo (1999) və Darfur (2003) hadisələri göstərdi ki, kənardan "humanitar müdaxilə" səmərəli olmadıqda milyonlarla insanı fəlakət gözləyir. Bütün bunların qarşısını almaq üçün ABŞ BMT-nin rəyini nəzərə almadan "Şəfqət koalisiyası" yaratmalıdır.

Liderlik ambisiyaları: BMT-ni kölgəyə atan səbəblərin bir hissəsi

Aydın görünür ki, amerikalı mütəxəssislər sürətlə dəyişən geosiyasi mühitdə BMT-nin deyil, ABŞ-ın təşəbbüsü ələ almasına üstünlük verirlər. Guya Amerika dünyanın digər hissəsinə nisbətən daha ədalətli və obyektivdir. Əslində isə, burada çox təhlükəli bir məqam mövcuddur - BMT-nin beynəlxalq təşkilat kimi yeni şəraitə islahatlarla uyğunlaşdırılması əvəzinə bir superdövlətin dünyaya hökmranlıq etməsini daha uyğun görürlər. Bunun nə dərəcədə təhlükəli olduğunu anlamaq lazımdır. Hələ indiyə qədər dünyada münaqişələrin həll edilməməsinin əsas səbəbinin bir və ya məhdud sayda dövlətin bəşəriyyətə hökm etmək istəyi ilə bağlı olduğunu B.Centleson da vurğulayıb, əlavə olaraq kifayət qədər fikir də tapmaq mümkündür.

Ən əsası isə, reallıq sübut edir ki, bir dövlət bütün hallarda tam obyektiv ola bilmir. Müəyyən məqamlarda o, tərəfkeşlik edir. ABŞ-a gəldikdə isə, onun Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada həmişə ədalətli olduğunu kim duyub? İraqda və Suriyada etdikləri beynəlxalq hüququn normalarına uyğundurmu? İnformasiyalar var ki, Vaşinqton müxtəlif radikal qruplar yaradıb, onlardan müsəlmanların adı ilə istifadə edir. Vaşinqton illərdir ki, təcavüzkar Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə milyonlarla dollarlıq yardım göstərir.

O "Şəfqət koalisiyası" öz yurdlarından didərgin düşmüş milyonlarla azərbaycanlının evlərinə qayıtması üçün hansı addımları ata bilər? ABŞ-ın ATƏT-in Minsk qrupundakı fəaliyyətini nəzərə alsaq, heç bir iş görməz. Dünyanın problemlərini həll etmək üçün BMT-dən yan keçib, fəaliyyət göstərən istənilən dövlətin ixtiyarına versələr, bəşəriyyət daha ciddi təhdidlərlə üz-üzə qalacaq. Bu mənada "humanitar müdaxilə" anlayışının özünün hüquqi, mənəvi-əxlaqi və məzmun aspektində təftiş edilməsinə ehtiyac duyulur.

Mütəxəssislərin təklif etdiyi başqa bir mexanizm bir dövlətin iradəsinə əsaslanmasa da, yenə çoxlu suallar ortaya çıxarır. Anne Kramer yazır ki, "istənilən yeni strategiya legitim və səmərəli olmalıdır". Lakin müəllifin bu legitimlik və səmərəliliyi təmin etmək üsulu riskli görünür. Onun fikrincə, demokratik dövlətlər "liqası" yaradılmalıdır. Ancaq həmin "liqa" kritik situasiyalarda BMT-nin mexanizmlərini əvəz edə bilər! Sual olunur: demokratik dövlətlər dedikdə, hansı ölkələr nəzərdə tutulur? Əlbəttə, Qərb dövlətləri.

Onda belə çıxır ki, A.Kramerin təklifində dünyanın qlobal problemlərini Qərbin inkişaf etmiş ölkələrinin həll etməsi ideyası mövcuddur. Bəs, deyək ki, müsəlman ölkələrinin maraqlarını kimlər müdafiə edəcək? Bunu düşünən yoxdur. Halbuki təcrübə göstərir ki, müsəlman dövlətlərində yaranan problemlərə Qərbdən olan müdaxilə nəinki məsələni həll edir, hətta ortaya yeni-yeni süni ziddiyyətlər çıxarır. Yaxın Şərq bu tezisi dəfələrlə təsdiq edən proseslərin hələ də təsiri altındadır.

Burada yenə də narahatlıq doğuran məqam BMT-dən yan keçən tənzimləmə mexanizminin təklifidir. Bəlkə bu, ümumiyyətlə, müasir mütəxəssislər arasında yayılmış tendensiyanı ifadə edir? Artıq BMT-yə olan ümidlər kəsilib? Düşünmürük ki, bu, belədir. Burada daha çox ABŞ-da mövcud olan bir geosiyasi ideya tendensiyası ilə bağlılıq özünü göstərir.

Məsələ Amerikanın dünya liderliyi ilə bağlı yeni model axtarışı ilə əlaqəli ola bilər. Bütövlükdə amerikalılar hər bir təkliflərində birbaşa və ya dolayısı ilə özlərinin dominantlığını nəzərdə tutan ideya irəli sürməyi sevirlər. Müasir tarixi mərhələdə təkbaşına dünyanı köhnə üsullarla idarə etməyin mümkünsüzlüyü aydınlaşıb. Buna görə də Vaşinqton yeni "sistemli dinamik balanslaşma" adlana biləcək formata can atır.

Bunun mənası regional liderləri müəyyənləşdirib (bəlkə, daha doğrusu "təyin edib" olardı), onların qüvvələrini sistemli yanaşma qanunları əsasında balanslaşdırmaq, lakin ümumi səviyyədə Vaşinqtonun maraqlarına oynamalarını təmin etməkdən ibarətdir. Təbii ki, bu halda BMT əvvəlki funksiyasını yerinə yetirməməlidir. Əksinə, bu təşkilat da Amerikanın geosiyasi maraqlarına uyğun gələn mexanizmlərlə fəaliyyət göstərməlidir. Görünür, bu səbəbdəndir ki, hələlik BMT-də real islahatlara start verilmir - uyğun zaman gözlənilir.

Göründüyü kimi, qlobal miqyasda BMT-nin rolu ilə bağlı kifayət qədər fərqli fikirlər mövcuddur. Bu məsələ birbaşa böyük dövlətlərin strateji və geosiyasi maraqları ilə sıx bağlılıqda nəzərdən keçirilir. Bu halda BMT-nin səmərəli islahatlar apara biləcəyinə və tam effektiv mexanizmlər tapa biləcəyinə inam xeyli azalır. Ancaq reallıq tələb edir ki, yaranmış mürəkkəb geosiyasi və ziddiyyətli vəziyyətdən bütün ölkələri qane edən çıxış yolu müəyyənləşdirilsin. O cümlədən müxtəlif regionlarda olan münaqişələrin ədalətli həllinə nail olunsun.

Bu kontekstdə BMT-nin bir sıra yeniləşmə istiqamətləri maraq doğurur. BMT-də adətən üç səviyyədə münasibətlər sistemi fərqləndirilir. Birincisi, siyasi-hüquqi (üzv dövlətlər), ikincisi, institusional (təşkilata daxil olan orqanlar və təsisatlar), üçüncüsü, sosial (təşkilatın işinə cəlb edilən insanlar qrupu).

Yeniləşmələr bu istiqamətlərin hər birini ayrılıqda və sistem halında vəhdətdə əhatə etməlidir. Konseptual olaraq problemin çətin tərəfi də bundan ibarətdir. Çünki islahatların bütün səviyyələri əhatə edən sistemli şəkildə aparılması avtomatik olaraq böyük dövlətlərin ortaq razılaşmasını tələb edir. İndiki mərhələdə isə bu, mümkünsüz görünür. Təsəvvür edək ki, Rusiya TŞ-yə Suriya ilə bağlı bir layihə təqdim edir və onu ABŞ, Böyük Britaniya və Çin qəbul etmir. Yaxud Vaşinqtonun elə layihəsi olur ki, Moskva və Pekin tərəfindən rədd edilir. Belə şəraitdə hansı strateji yeniləşmə aparmaqdan söhbət gedə bilər?

Məhz bu səbəbdəndir ki, Cənubi Qafqazdakı münaqişələrlə bağlı böyük dövlətlərin ortaq mövqeyi yox dərəcəsindədir. BMT Nizamnaməsinə görə, təcavüzə məruz qalmış Azərbaycana BMT torpaqların azad edilməsində yardım göstərməlidir. Yardım bir tərəfə qalsın, heç Azərbaycanın öz gücünə işğaldan azad olmağa imkan vermək istəmirlər. Burada islahatlarla köhnə qaydaların sərhədinin haradan keçdiyi belə dəqiq məlum deyil. Görünür, bu bağlılıqda rusiyalı mütəxəssis Aleksandr Kuteynikovun bir qənaəti ilə razılaşmaq lazım gəlir. O yazır: "Təsdiq etmək lazım gəlir ki, BMT-yə beynəlxalq düzəni təmin edən təşkilat funksiyasını verməklə əlaqədar edilən qeyri-ardıcıl cəhdlər əhəmiyyətsiz dərəcədə reallaşıb".

Reallıq bundan ibarətdir və bu, BMT-nin xarici mühitlə qarşılıqlı əlaqəsində müşahidə edilən iki tendensiyanın fonunda baş verir. Onlardan biri bu qurumun qeyri-hökumət təşkilatları ilə əlaqələrinin intensivləşməsi, digəri isə bir sıra ölkələrə təzyiqlərin güclənməsidir. Bununla da BMT ənənəvi funksional sərhədlərindən kənara çıxarılaraq qloballaşma ilə bağlı proseslərə cəlb edilir və dövlətçiliyin "yayğınlaşdırlması"na ortaqlıq edir. Dolayısı ilə BMT nəticəsi bəlli olmayan mühüm sosial və siyasi meqatrendlərin katalizatoru rolunu oynamağa məcbur edilir.

Nəticə

Etiraf edək ki, BMT üçün kifayət qədər həssas məqamlar mövcuddur. Yuxarıda vurğulanan müxtəlif mövqelərin müqayisəsi də sübut edir ki, "Birləşmiş Millətlər" bir qədər sonra "Ayrılmış Millətlərə" çevrilə bilər. Müasir dövrün ağır geosiyasi, sosial, hərbi, ekoloji, humanitar və başqa problemlərinin təzyiqi altında əzilən bu beynəlxalq təşkilat vəziyyətdən tam hüquqi və mənəvi-əxlaqi qaydalarla çıxmaq şansını itirməkdədir. Özlüyündə milli dövlətlərin suverenliyini, onların beynəlxalq aləmdə müstəqilliyini qorumalı olan, yalnız obyektiv hüquqi faktorlara əsaslanaraq fəaliyyət göstərməli olan bir beynəlxalq qurum, başqa işlərlə yanaşı, milli dövlətlərin də "yayğınlaşması"na, bəzi hallarda isə onların itirilməsi prosesinə məcbur edilir.

Bu, qlobal miqyasda ciddi ziddiyyətlər yaradır. Həmin reallığı qloballaşma ilə bağlayan mütəxəssislərin rəyinə də məqalədə nəzər saldıq. Ancaq hər şeyi "qloballaşma"nın üstünə atmaq çıxış yoludurmu? Qətiyyən belə deyil. Əksinə, qloballaşma bütün ölkələrə ortaq qənaətə gəlmək üçün yeni şərait yaratmış olur. Çünki sivilizasiyalar, mədəniyyətlər, dinlər, iqtisadi sistemlər, hərbi doktrinalar arasında daha geniş miqyasda əlaqələr yaranır, transmilli dəyərlərin təsir dairəsi genişlənir. Bununla dövlətlər arasında dialoq üçün daha geniş imkanlar açılır. Lakin bunun qarşısını hər şeydən əvvəl böyük dövlətlərin geosiyasi maraqları, eqoist istəkləri və beynəlxalq təşkilatların, ilk növbədə, BMT-nin mükəmməl olmayan tənzimləmə mexanizmləri alır.

"Humanitar müdaxilə"lərlə bağlı məqalədə apardığımız təhlil bu qənaəti təsdiqləyir. Mütəxəssislər "humanitar müdaxilə"nin proses olaraq özündə ehtiva etdiyi hüquqi, siyasi və hərbi ziddiyyətləri vurğulayırlar. Təcrübə göstərir ki, nəticə heç də həmişə müsbət olmur. Bir sıra hallarda isə böhranlı vəziyyət daha da dərinləşir. Belə bir vəziyyət BMT-nin yeniləşməsi məsələsinə də mənfi təsirini göstərmədədir. Həmin kontekstdə "humanitar müdaxilə" ilə Birləşmiş Millətlər Təşkilatında islahatların aparılması arasında əlaqənin mövcudluğunu məqalədəki müddəalardan aydın görmək mümkündür. Bütövlükdə "humanitar müdaxilə"nin səmərəli olmaması, bu prosedurun özünün legitimliyi haqqında suallar yaradır. Təbii ki, burada böyük dövlətlərin öz maraqları ilə obyektiv reallıq arasında düzgün nisbəti tapa bilməmələri də konkret rol oynayır. Belə çıxır ki, özlüyündə "humanitar müdaxilə" BMT üçün təhlükəsizliyin təminində çıxış yolu deyil. İlk növbədə bütün mənfi keyfiyyətlərdən azad olmaq gərəkdir. Lakin buna dünyanın hansı supergücü hazırdır? Sualın cavabı hələlik yoxdur.

Leyla Məmmədəliyeva

AMEA Fəlsəfə İnstitutunun doktorantı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək