Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BÖHRAN ARADAN QALDIRILMIŞDIR.
SABİT İNKİŞAF BAŞLANMIŞDIR

Son iki ildə respublika insan inkişafının səviyyəsinə  görə 31 pillə yuxarı qalxmışdır İnsan inkişafına dair hesabatlar da var. Bu hesabatları 1990-cı ildən bəri BMT-nin İnkişaf Proqramı (BMTİP) dünyanın, əslində, bütün ölkələrində vəziyyəti araşdıraraq təqdim edir. “İnsan inkişafı” sözləri BMTİP-in sənədinin məğzini təşkil edir.

İnsan potensialının inkişaf indeksi (İPİİ) meyarı üç başlıca göstərici əsasında qurulur: ömrün uzunluğu, adambaşına gəlir və təhsilin səviyyəsi. Beləliklə, bu göstəricilərdən hər biri üzrə son iki ildə əldə olunmuş irəliləyiş Azərbaycanın birdən-birə 31 pillə yuxarı qalxaraq, ilk baxışdan, daha firavan görünən bir sıra ölkələri, məsələn, Ukraynanı, Türkiyəni, Səudiyyə Ərəbistanını və başqalarını geridə qoymasına imkan vermişdir.

Bu proqramın milli əlaqələndiricisi, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Urxan Ələkbərov deyir:

- İPİİ-yə dair hesabat ciddi sənəddir. Sanki başdan-ayağa statistikadır, əslində isə, araşdırılan ölkələrin hər birindəki mövcud mənzərəni maksimum aydın göstərir. Məsələn, Azərbaycanı götürək. Son 10 ildə burada baş vermiş hadisələrin təfərrüatını bilməmək olar, amma bunları rəqəmlər əsasında müəyyənləşdirmək asandır: kəskin böhran dövrü olmuşdur, sonra onu dayandırmaq mümkün olmuş və inkişaf dövrü başlanmışdır. İPİİ-yə uyğun olaraq, Azərbaycanda gedən prosesləri iki mərhələyə bölmək mümkündür: artım sürətinin aşağı düşməsi (1991-1995-ci illər) və artımın başlanması (1996-2001-ci illər). Maksimum əmsalı 1 götürməklə, 1995-ci ildə ümumi indeks 0,692 idisə, 2001-ci ildə 0,751 olmuşdur.

Bu ümumi, indeks üç göstəricinin orta həddi kimi yaranır. Bizdə onların hər biri üzrə də çox ümidverici nəticələr var: uzunömürlülük indeksi 1995-ci ildəkinə (0,735) nisbətən 0,782-yə, təhsil indeksi 0,880-dən 0,895-ə qalxmış və nəhayət, ən böyük artım (0,462-dən 0,576-dək, yəni 0,114 bənd) ÜDM-də qeydə alınmışdır. Ekspertlərin fikrincə, İPİİ göstəricilərinin, xüsusən sonuncu göstəricinin yüksəlməsinə ölkədə makroiqtisadi vəziyyətin bütövlükdə yaxşılaşması kömək etmişdir.

Təqdim edilən hesabatda göstərilir ki, adambaşına ümumi daxili məhsul 2001-ci ildə 1993-cü ildəkinə (179,9 dollar) nisbətən dörd dəfə artaraq, 715,4 dollar olmuşdur. ÜDM-in artması isə orta aylıq əmək haqqının 1995-ci ildəki 14,2 dollardan 2001-ci ildə 56 dollara çatmasına gətirib çıxarmışdır. Bir milyon qaçqın və məcburi köçkünün olduğu bir vaxtda həmin rəqəmlər də olduqca inandırıcı şəkildə sübut edir ki, Azərbaycan 1988-1993-cü illərin böhranını dayandıraraq, inkişaf sürətini inamla artırır.

Bu rəqəmlər nə qədər ürəkaçan olsa da, ölkənin adi vətəndaşının real həyatının çətinlik və problemləri hələ də kifayət qədərdir. Yeri gəlmişkən, bunu rəsmi məlumatlar da təsdiqləyir. Lakin əvvəlki illərdən fərqli olaraq, hökumət onların həlli ilə fəal məşğul olur. Hökumətin sərmayə siyasətinə, kiçik və orta sahibkarlığın inkişafına, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafa dair hazırladığı üçillik dövlət proqramları da məhz iqtisadiyyatın yüksəldilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmişdir.

Bütün bunlar ümid bəsləməyə imkan verir ki, indiki planlarda göstərilən sabit inkişaf səviyyəsinə çıxma müddəti (2005-ci il) tamamilə realdır. Aparılan islahatların ilk nəticələri artıq nəzərə çarpır, hər halda, paytaxtda hiss olunur. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsottinin dediyi kimi, indi neft sektorunda əldə olunan gəlirləri qeyri-neft sektorunun yüksəlişinə yönəltmək və bölgələrin inkişafı problemini həll etmək vacibdir. Hökumət bunu da yaxşı başa düşür.

Vasitəsiz nitq

Allahverdi CULFAYEV,

hüquqşünas:

- Heydər Əliyevin son 10 ildə həyata keçirdiyi dəyişikliklər Azərbaycanı tanınmaz etmişdir. Biz, ölkə sakinləri, bunu başqalarından daha çox hiss edirik, çünki Azərbaycanın cəmi on il əvvəl düşdüyü fəlakətli vəziyyəti bilirik və xatırlayırıq.

Heydər Əliyev 1993-cü ilin iyununda ölkəyə rəhbərliyə iqtisadi əlaqələrin qırıldığı, dövlətin bazisinin və hüquqi üstqurumunun dağıldığı, başlıcası isə, hərc-mərclik, qayda-qanunsuzluq, sosial və hüquqi müdafiəsizliyin baş alıb getdiyi, bunun nəticəsində küçəyə çıxmağın belə təhlükəli olduğu bir vəziyyətdə gəlmişdi. Heydər Əliyev ölkəni həyata qaytarmalı, onu dağıntılardan və qarmaqarışıqlıqdan çıxarmalı, eyni zamanda, Qarabağ problemini və digər xarici siyasət problemlərini həll etməli idi.

Yaxşı yadımdadır, onda Heydər Əliyev demişdi: “Mən sizə söz vermirəm, lakin iqtisadiyyatı dirçəltmək, cəmiyyəti ayağa qaldırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Belə də etdi. Hətta, söz verdiyindən də artıq etdi.

Aqşin ƏLİZADƏ,

bəstəkar, xalq artisti,

Azərbaycanın Dövlət mükafatı laureatı:

- Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın hansı hərc-mərcliyə salındığını və necə bir anarxiyanın hökm sürdüyünü, gündüz də, gecə də küçəyə çıxmağın necə qorxulu olduğunu xatırlatmaq, yəqin ki, artıqdır. Adamlar ancaq Heydər Əliyev dövlətə rəhbərliyə gələndən sonra rahat nəfəs aldılar.

İndi biz sabit bir dövlətdə yaşayırıq. Sabaha, Qarabağ məsələsinin sülh yolu ilə həll ediləcəyinə inam yaranmışdır.

Dövlətin dəstəyi sayəsində mən “Qafqaza səyahət” adlı yeni əsərimi tamamlaya bildim və Azərbaycan Opera və Balet Teatrının səhnəsində tamaşaya qoydum. Bundan əvvəl isə “Babək” baletim göstərilmişdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO