Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatası Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunmasına dair qətnamə qəbul etmişdir

Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursunun əməli nəticəsi olaraq, Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının (yuxarı palata) məhz 21 il öncə qanlı Xocalı soyqırımının baş verdiyi gün - 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qətnamə qəbul olunmuşdur.

Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, bu qətnamə Bosniya və Herseqovina parlamentinin tarixində bu qəbildən qəbul olunan ilk sənəddir.

Bosniya və Herseqovinada mövcud mürəkkəb siyasi mühitə, qarşıya çıxan bütün çətinliklərə, təzyiq və maneələrə baxmayaraq, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının tərkib hissəsi olaraq, Azərbaycan dövləti tərəfindən qarşıya qoyulmuş milli və dövlət maraqlarımıza xidmət edən vacib, strateji məsələnin - Xocalı soyqırımının tanınması, yalnız xidmətləri olan vətənpərvər şəxslərin, peşəkar diplomatların deyil, hər bir azərbaycanlının uğuru, xüsusilə ölkəmizin həyata keçirdiyi xarici siyasətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konkret əməli fəaliyyətinin, uzaqgörən və humanist siyasətinin məntiqi nəticəsidir.

Qətnamədə deyilir:

“BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüququn norma və prinsiplərini əldə rəhbər tutaraq, Xalqlar Palatasının deputatları:

- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını təsdiqləyirlər və dəstəklərini ifadə edirlər.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün tövsiyə, qətnamə və bəyannamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eləcə də bütün erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırırlar.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, xüsusilə Xocalı şəhərində dinc əhalinin milli və etnik zəmində kütləvi qırğınını bəşəriyyət əleyhinə cinayət və xalqların dinc birgə yaşamasına təhlükə olaraq pisləyirlər və münaqişənin qurbanları, onların ailələrinin kədərinə tam şərik çıxırlar.

- Azərbaycan Respublikasının regional və beynəlxalq təhlükəsizliyinə yönəlmiş təhdidlərin aradan qaldırılmasına zəmin yaradılması məqsədilə bütövlükdə öz ərazisi üzərində suverenliyinin bərpa olunması istiqamətində səylərini alqışlayırlar.

- Regionda möhkəm sülhün və sabitliyin bərqərar olması məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinin sürətləndirilməsinin vacibliyini xatırladırlar.

- Hökumət və qeyri-hökumət qurumlarının iştirakı ilə yuxarıda göstərilən münaqişənin sülh yolu ilə həllinə nail olunmasına töhfə verən beynəlxalq təşkilatların səylərini dəstəkləyirlər və qanunun aliliyi, demokratiya, insan haqları və təməl azadlıqların universal sisteminə tam dəstəklərini ifadə edirlər”.

Qeyd edək ki, son dövrdə tarixi köklərə söykənən Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı əlaqələr bütün istiqamətlər, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə ciddi inkişaf etməkdədir.

İki ölkə arasında mədəni əlaqələr xüsusilə zəngin tarixə malikdir. Sarayevodakı Qazi Xosrov bəy kitabxanasında dahi Azərbaycan şairlərinin, o cümlədən Nizami Gəncəvi və Məhəmməd Füzulinin əsərlərinin əlyazmalarının aşkarlanması buna əyani sübutdur.

İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq, 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, Azərbaycan dövlətinin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilmiş, 2011-ci il noyabrın 8-də həmin küçənin rəsmi açılış mərasimi keçirilmişdir.

2012-ci il fevralın 24-də Sarayevo şəhərində, Dobrinya çayı sahilində Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə yeni Azərbaycan-Bosniya və Herseqovina dostluq parkı salınmış, Bosniya və Herseqovinanın dövlət və hökumət qurumlarının rəsmi siyasi razılığını əldə etməklə burada Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən memorial kompleks yaradılmış, abidə üzərində “Xocalı soyqırımının qurbanlarının xatirəsinə (Azərbaycan, 25-26 fevral 1992-ci il)” sözləri həkk edilmişdir. Sarayevonun ən müasir istirahət guşəsi adını qazanmış park və abidə hazırda paytaxt sakinləri və şəhərin qonaqlarının ziyarət məkanına çevrilmişdir.

Azərbaycan ilə Bosniya və Herseqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlərdən biri də hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı və Srebrenitsa faciələrini yaşamalarıdır. Bu baxımdan Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımına dair memorial kompleksin məhz Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində ucaldılması ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, Bosniya və Herseqovina soyqırımı aktının baş verdiyi tarixdən keçən 21 il ərzində dünyada Xocalı soyqırımı qurbanlarının xatirəsini özündə əks etdirən bütöv memorial kompleksin yaradıldığı ilk ölkədir.

Avropanın mərkəzində yerləşən, 1992-1995-ci illərdə qanlı müharibəyə səhnə olmuş, BMT və Haaqa tribunalı tərəfindən soyqırımı kimi rəsmən tanınan Srebrenitsa faciəsinin yaşandığı bir dövlət olaraq, üçmillətli (boşnak, serb və xorvat) Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi, heç şübhəsiz ki, öz növbəsində dünyada və Avropada ümumi ictimai rəyin formalaşmasında və digər ölkələrin parlamentləri tərəfindən bu qəbildən olan addımların atılması istiqamətində mühüm rol oynayacaqdır.

Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, Xocalı soyqırımının təbliği və tanınması istiqamətində işlərin aparılması bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb