Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi böyük sevinc hissi ilə çatdırıram. Sizin fədakarlığınıza birbaşa şahid olan dost və həmkar kimi deyə bilərəm ki, liderliyə gətirdiyiniz səmimiyyət və güc məni həqiqətən ruhlandırır.

Sizin uzaqgörən rəhbərliyiniz Azərbaycanı rifahın və qlobal nüfuzun yeni zirvələrinə yüksəltmişdir, eyni zamanda sülhə, mədəni irsə və iqtisadi inkişafa sadiqliyiniz saysız-hesabsız insanın həyatına müsbət təsir göstərmişdir.

Beynəlxalq forumlar çərçivəsində və ikitərəfli görüşlərimiz, eləcə də Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında getdikcə möhkəmlənən əlaqələr məndə gələcəkdə dostluq və əməkdaşlığın daha da dərinləşəcəyi ilə bağlı nikbinlik hissi yaradır.

Bu əziz gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanı daha parlaq gələcəyə aparan fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

 

Jelka Tsviyanoviç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin