Azərbaycan Dövlət İnformasiya Agentliyi

BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ KRALİÇASI ÜLYAHƏZRƏT II ELİZABETƏ

Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğular, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin