DÜNYA
Böyük Britaniyada COVID-19 simptomlarının siyahısı genişləndirilib
London, 7 aprel, AZƏRTAC
Böyük Britaniyada COVID-19 simptomlarının siyahısı genişləndirilib.
AZƏRTAC xəbər verir ki, Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi yaratdığı siyahıya 9 yeni simptom əlavə edib. Yeni göstəricilərə boğaz ağrısı, əzələ ağrısı və qusma kimi simptomlar daxildir. Milli Səhiyyə Xidməti yeni simptomların qrip və soyuqdəymə simptomlarına çox oxşar olduğu barədə xəbərdarlıq edib. Digər ölkələrin, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-ın daha geniş simptom siyahısı var.
Həmçinin Krallıqda virusa yoluxma rekord səviyyəyə qalxıb. Ötən həftə 4,9 milyon insanın koronavirus testi müsbət çıxıb. Bu o deməkdir ki, ölkədə hər 13 nəfərdən biri koronavirsa yoluxub.
Qeyd edək ki, Britaniyada koronavirus infeksiyası əlamətlərinin orijinal siyahısına əvvəllər yüksək temperatur, davamlı öskürək, dad və qoxu itkisi daxil idi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]