ELM VƏ TƏHSİL
BÖYÜK BRİTANİYANIN “BRİTİSH COUNCİL” TƏŞKİLATI TƏHSİL NAZİRLİYİ İLƏ BİRGƏ YENİ LAYİHƏ HƏYATA KEÇİRİR
Böyük Britaniyanın “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri müəllimləri üçün təlimlər” adlı yeni layihə həyata keçirməyə başlamışdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, layihədən məqsəd təbiət fənləri müəllimlərinin interaktiv tədris metodlarından istifadə bacarığını, peşəkarlığını artırmaqdan və müvafiq təlim vəsaitlərinin hazırlanmasından ibarətdir.
Layihə Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filalı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Lənkəran və Salyan rayonlarını əhatə edəcəkdir.