ELM VƏ TƏHSİL
Böyük Britaniyanın Kardiff Universitetinin professoru Xəzər Universitetində olmuşdur
Bakı, 5 iyun (AZƏRTAC). Xəzər Universitetinin magistratura, doktorantura və elmi işlər bölməsində Böyük Britaniyanın Kardiff Universitetinin professoru Kent Metyuz ilə görüş keçirilmişdir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali təhsil ocağı ilə Kardiff Universitetinin ikitərəfli əlaqələri müzakirə edilmişdir.
Universitetin iqtisadiyyat və menecment fakültəsində keçirilən digər görüşdə Xəzər Universiteti ilə Kardiff Universiteti biznes məktəbləri arasında gələcək əməkdaşlıq məsələləri və birgə elmi tədqiqat imkanları müzakirə olunmuşdur.