Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük və şanlı Qələbəyə aparan yol

Böyük və şanlı Qələbəyə aparan yol

Tokio, 12 noyabr, AZƏRTAC

Bu günlər Azərbaycan xalqı uzun müddətdir ki, həsrətini çəkdiyi, yolunu böyük ümidlə gözlədiyi xoş xəbəri aldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Azərbaycan Ordusunun Vətənimizin ayrılmaz tarixi parçası, qədim və zəngin mədəniyyətimizin sönməz ocağı, böyük şair, musiqiçi və mütəfəkkirlər yetişdirmiş Dağlıq Qarabağın mənfur düşmənin tapdağından azad olunduğunu bəyan etdi.

Bu xəbər dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara möhtəşəm bir sevinc, görünməmiş xoşbəxtlik bəxş etdi. Yaşından, hansı ölkədə yaşamasından asılı olmayaraq, bu gün bütün azərbaycanlılar artıq 30 ildir ki, həsrətində olduqları qələbə xəbərini böyük sevinclə, ümumxalq bayramı kimi qarşıladılar. İnsanların sevinci nəinki bir evə, bir məhəlləyə, bir küçəyə, bir şəhərə, heç bir ölkəyə də sığmadı. Harada yaşamasından asılı olmayaraq, həm azərbaycanlıların, həm də Azərbaycanın əsl dostlarının bir-birinə ünvanlandığı təbrik mesajları sosial şəbəkələri aşıb-daşdı, bütün qitələri əhatə etdi. AZƏRTAC-ın 21 ölkədə fəaliyyət göstərən xüsusi müxbirlərinin timsalında deyə bilərəm ki, televiziya kanallarının Azərbaycan Prezidentinin xalqa müraciəti barədə yaydıqları anons onların işlədiyi ölkələrdə də bu xəbərin böyük həyəcanla gözləndiyini ortaya qoydu. Müzəffər Ali Baş Komandanın müraciətini canlı izləmək üçün birbaşa mənbəni aşkar etmək məqsədilə suallar dayanmadan gəlməyə başladı. Dövlətimizin başçısının Dağlıq Qarabağın azad edilməsi barədə bəyanatından sonra isə təbriklər və göz aydınlıqları sosial şəbəkələrdə görünməmiş coşqu yaratdı.

Bəs, bu qələbəyə gedən yol haradan və necə başlamışdı?

Yəqin ki, bu sual yaxın gələcəkdə bir çox tədqiqatçıların araşdırma obyektinə çevriləcək. Bu mövzu ilə əlaqədar çoxsaylı elmi məqalələr və kitablar yazılacaq. İlkin olaraq deyə bilərəm ki, həmin yolun haradan və necə başladığını müdrik və uzaqgörən siyasəti ilə xalqımızın qəlbində özünə əbədi yer qazanmış Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün xalqa son müraciətində müəyyən qədər açıqladı.

Təbii ki, bu məsələdə ilk böyük addım xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən atılmışdı. Məhz Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunun qarşısını aldı, ölkədə davam edən iqtisadi xaosu aradan qaldırmaq, ictimai-siyasi sabitliyi bərpa etmək üçün 1994-cü ilin mayında atəşkəs razılaşmasına nail oldu. Bundan sonra Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına şərait yaradan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ölkədə həm iqtisadi, həm də ictimai-siyasi sabitliyin əldə edilməsinə şərait yaratdı. Ulu Öndərin əsasını qoyduğu, lakin bəzi gözü götürməyənlərin “əfsanə” və ya “fantastik nağıl” adlandırdığı neft strategiyasının uğurla həyata keçirilməsi tezliklə iqtisadi inkişafa təkan verdi. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına şərait yaradacaq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin inşasına başlanıldı.

Azərbaycan müstəqil dövlət siyasəti xətti yürüdərək dünyanın müxtəlif ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurması onun beynəlxalq nüfuzunun artmasına güclü təkan verdi. Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar vasitəsilə qoşulduğu çoxtərəfli layihələrdə mühüm və etibarlı tərəfdaşa çevrilməyə başladı. Bu baxımdan, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasəti ilkin olaraq iki mərhələyə bölsək yəqin ki, bu anlaşılan olar. Yəni, 2003-cü ilədək olan dövr və 2003-cü ildən sonrakı mərhələ. Əgər birinci mərhələni əsasən bərpa və inkişafın təməlinin qoyulması dövrü adlandırsaq, ikinci mərhələ böyük və sürətli quruculuq və inkişaf dövrü kimi xarakterizə edilə bilər. Birinci mərhələ ulu öndər Heydər Əliyevin, ikinci mərhələ isə bu gün xalqımızın həqiqi lideri olduğunu həyata keçirdiyi nəhəng transmilli layihələrlə, sosial-iqtisadi islahatlarla, ən nəhayət cəbhədə əldə etdiyi qələbələrlə təsdiq edən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Qeyd etdiyim kimi, bu kiçik məqalədə məqsədim heç də dövlətçilik fəaliyyətləri neçə-neçə kitaba sığmayan iki görkəmli dövlət xadiminin gördüyü nəhəng işləri təhlil etmək deyil. Sadəcə olaraq, xalqımızda bugünkü möhtəşəm qələbəyə aparan yol haqda heç olmasa ilkin fikir yaratmaq, şəxsən özümün iştirakçısı olduğum mühüm hadisələr barədə hörmətli oxucuları məlumatlandırmaqdır.

Məsələ burasındadır ki, mənim jurnalistlik fəaliyyətimin böyük bir dövrü məhz Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ilə paralel inkişaf edib. İlk dəfə olaraq 2003-cü ilin prezident seçkiləri ərəfəsində dövlətimizin gələcək başçısını seçki kampaniyası ilə əlaqədar respublikamızın rayonlarına səfərlərində müşayiət etmək mənə də qismət olub. Həmin vaxt təşkil edilən bu kampaniyalarda mən də “Azad Azərbaycan” qəzetinin baş redaktorunun müavini kimi iştirak etmişdim. Yaxşı xatırlayıram, rayonların birində yerli ağsaqqal və ağbirçəklərlə yanaşı, biz jurnalistlərə də ön sırada yer ayrılmışdı. Yanımda balacaboy, təqribən 65-70 yaşlarında bir qadın dayanmışdı. Bir müddət sonra o vaxt Prezidentliyə namizəd olan İlham Əliyev yaxınlığımızda avtomobildən düşərək bizdən bir az aralıda quraşdırılmış səhnəyə doğru hərəkət etdi. Təbii ki, onun hündür boya, möhtəşəm qəddi-qamətə malik olduğunu həmin vaxt çoxları bilmirdi. Bizim yanımızdan keçərkən həmin qadının heyrətlə aşağıdan yuxarı onu süzməsi və ucadan “Bu lap Koroğludur ki!” deməsi yalnız ətrafdakıların deyil, İlham Əliyevin də diqqətini cəlb etdi və O, dönərək üzündə çox səmimi təbəssümlə həmin qadına baxdı və ona əl elədi. Həmin qadının dediyi bu ürəkdən gələn etiraf isə mənim yaddaşıma əbədi həkk olundu. Taleyin məni qarşılaşdırdığı bütün məqamlarda mən Prezident İlham Əliyevin, sözün həqiqi mənasında, əsl xalq qəhrəmanı Koroğlu kimi daim xalqının yanında olmasının, həmişə onun üçün çalışmasının, ən ağır məqamlarda belə onu tək qoymamasının şahidi oldum.

Ölkəmizin əsas aparıcı informasiya agentliyi olan AZƏRTAC-da işə başladıqdan bir müddət sonra rəhbərliyin tapşırığı ilə mənə rəsmi tədbirlərdə Azərbaycan Prezidentini xüsusi müxbir olaraq müşayiət etmək həvalə olundu. Bundan sonra dövlətimizin başçısının şəxsən iştirak etdiyi tədbirlərdən, ölkə daxili və xarici səfərlərdən materialların hazırlanmasında mən də daha tez-tez iştirak etməyə başladım. Təsadüf elə gətirmişdi ki, mənim bu fəaliyyətim Azərbaycanda qlobal iqtisadi layihələrin gerçəkləşdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr də daxil olmaqla mühüm beynəlxalq danışıqların, dünya səviyyəli tədbirlərin, xarici səfərlərin baş tutduğu dövrə təsadüf etmişdi. Əgər ölkə daxilində qatıldığım bu tədbirlər Azərbaycanda aparılan böyük quruculuq işlərini şəxsən müşahidə etməyimə imkan yaradırdısa, xarici səfərlərdə mən ölkəmizin beynəlxalq siyasətinin reallaşması ilə bağlı hadisələrin canlı şahidinə çevrilirdim.

Hələ o vaxtlar ölkəmizdə aparılan böyük quruculuq işləri, iqtisadi inkişaf və tərəqqi barədə araşdırma aparan mütəxəssislərin böyük bir qismi bu inkişafın həm də Ermənistanı üstələmək məqsədi daşıdığını görür və bunu yüksək qiymətləndirirdilər. Azərbaycanın bütün regionlarının inkişafına istiqamətlənmiş sosial-iqtisadi inkişaf proqramlarında yer almış bir sıra bəndlər - yeni səhiyyə müəssisələrinin tikintisi, köhnələrin əsaslı bərpa edilməsi və müasir avadanlıqla təmini, yeni yaradılan müdafiə sənayesi obyektləri, hərbi hissələr, tikilən hərbi zavodlar və müharibəyə hazırlıqla bağlı digər məqamlar Azərbaycan hökumətinin işğalla barışmayacağını və lazım gəldiyi vaxtda müharibə yolu ilə bu əraziləri azad etməyə hazırlaşdığını təsdiq edirdi. Qeyd etdiyim kimi, peşə fəaliyyətimlə bağlı xüsusən hərbi təyinatlı obyektlərin açılış mərasimləri, xüsusi hərbi avadanlığın, silahların və partladıcı vasitələrin istehsalı, Müdafiə Nazirliyinin hərbi hissələri üçün alınan yeni hərbi texnikaların təqdimatı tədbirlərində gördüklərim deməyə əsas verirdi ki, ölkə rəhbərliyi işğal altında olan əraziləri danışıqlar yolu ilə həll etməyə çalışmaqla yanaşı, müharibəni də istisna etmirdi. Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparılırdı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi və bütün diqqət də buna yönəlmişdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”.

Yəqin ki, bu gün çoxları torpaqların nəyə görə məhz sülh danışıqları yolu ilə azad edilməsinə çalışan Azərbaycan rəhbərliyinin nə dərəcədə haqlı olduğunu etiraf edər. Düşünürəm ki, İkinci Qarabağ savaşının - Vətən müharibəsinin geridə qalan 44 günü ərzində baş verənlər Prezident İlham Əliyevin niyə danışıqlar yolu ilə getməyə üstünlük verməsini başa düşmək üçün kifayətdir. Lakin çox təəssüf ki, Ermənistanın indiki rəhbərliyinin tutduğu yol, həyasızcasına səsləndirdiyi bəyanatları, ötən dövrdə azacıq da əldə edilmiş irəliləyişi şübhə altına alan hərəkətləri səbir kasasını daşdırmaya bilməzdi. Məhz buna görə də Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi: “Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”.

Təbii ki, qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidenti dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ölkə rəhbərliyi böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa son müraciətlərində xüsusi vurğulayıb: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Azərbaycan rəhbərliyini həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm Qələbənin əldə olunmasına öz töhfələrini verdilər.

Təbii ki, böyük qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin yeri ayrıca qeyd edilməlidir. Həm ölkə daxilində fasiləsiz şəkildə təşkil edilən, dünya miqyaslı problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər, həm də dünyanın fərqli ölkələrində keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı ölkələrində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndələrimiz Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadı. Məhz bu gərgin və fasiləsiz əmək nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Məhz bu gərgin zəhmətin nəticəsində dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.

Azərbaycan rəhbərliyinin dərindən düşünülmüş xarici siyasəti nəticəsində ölkəmiz təcrid vəziyyətindən çıxdı. Əksinə, hadisələrin gedişinin də göstərdiyi kimi, böyük diaspor təşkilatlarına, media maqnatlarına malik olmasına baxmayaraq, Ermənistan təcrid edilmiş vəziyyətə düşdü.

Azərbaycanın qonşu ölkələrlə birlikdə həyata keçirdiyi transmilli layihələr regionun mənzərəsini kökündən dəyişdi. Bu layihələr yalnız enerji sahəsini deyil, nəqliyyat-kommunikasiya sahələrini də əhatə etməsi ilə, başqa ölkələrin də maraqlarına cavab verdiyinə görə Azərbaycanın dostlarının sayı artdı. Haqq işində onun yanında olan ölkələr lazımi anda sözlərini deyərək bu böyük Qələbəyə öz töhfəsini verdi.

Düşünürəm ki, bütün qeyd edilənlərlə yanaşı, Azərbaycanın bu gün dünyanın hər yerində qeyd edilən möhtəşəm Qələbəsinin əsasında məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu xüsusi vurğulanmalıdır. Məhz onun böyük təşkilatçılıq qabiliyyəti, strateji düşüncə tərzi, dünya liderləri arasında xüsusi mövqe qazanmasına səbəb olmuş yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı. Azərbaycan Prezidenti yalnız bir sərkərdə kimi müharibəyə rəhbərlik etmədi, o, həm də mahir diplomat olaraq dünyanın nüfuzlu dövlətləri qarşısında ölkəmizin beynəlxalq nüfuzunu qorudu və daha da artırdı.

İşimlə əlaqəli olan daha bir məsləyə diqqətinizi cəlb etmək istəyirəm. Dövlətimizin başçısı Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində 30-dan çox xarici kütləvi-informasiya vasitəsi nümayəndələrinin suallarını cavablandırmış, hətta bəzilərinin təxribat xarakterli sorğularını özünəxas məharətlə onların özünə qarşı suala çevirmişdi. Bu müsahibələr yalnız həmin ölkələrin deyil, bütün dünyanın diqqətini məhz dövlətimizin başçısının verdiyi məntiqli, mətanətli cavabları ilə özünə cəlb etmişdi. Təsadüfi deyil ki, bu fikri Azərbaycana yalnız dost yox, düşmən kimi yanaşan bir sıra ölkələrin jurnalistləri də etiraf etdilər.

Azərbaycan Prezidenti özünün yüksək intellekti, dünyagörüşü, beynəlxalq siyasəti, qanunvericiliyi və diplomatiyanı yüksək səviyyədə bilməsi ilə bu jurnalistləri mat qoydu. Bununla yanaşı, bir çox təxribatçı sualları cavablandırarkən həmin jurnalistlərə onların ölkəsinin tarixini, həmin ölkələrdə həyata keçirilən daxili siyasəti hətta onların özündən yaxşı bildiyini də göstərdi. Dövlətimizin başçısının bu müsahibələri həm də Azərbaycanı yaxından tanımayanlarda ölkəmiz haqda obyektiv fikir formalaşdırdı, onların ölkəmizə münasibətini köklü şəkildə dəyişdi.

Diqqətinizi cəlb etmək istədiyim başqa bir məqam isə cəbhədə baş verən yeniliklərin, azad edilən yeni kənd və şəhərlərin adlarının Ali Baş Komandanın şəxsən özü tərəfindən elan edilməsi idi. Tarixi təcrübə göstərir ki, adətən belə xəbərlərin çatdırılması xüsusi informasiya kanallarına həvalə edilir və bunun üçün bir sıra xüsusiyyətlərə malik olan şəxslər seçilir. Lakin ürəyi böyük Vətən sevgisi ilə döyünən Ali Baş Komandan xalqı ilə bu böyük sevinci birlikdə yaşamaq üçün bu xəbərləri çatdırmağı öz öhdəsinə götürdü və bu vəzifəni də axıra kimi şərəflə yerinə yetirdi.

Beləliklə, 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz görkəmli sərkərdə və dövlətimizin başçısı İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, dünyanın aparıcı ölkələri ilə bərabər səviyyədə həyata keçirilmiş ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında Qələbə ilə başa çatdı.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev! Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib