DÜNYA
“Brexit”: İrlandiya sərhədi mürəkkəb məsələyə çevrilib
London, 1 dekabr, AZƏRTAC
“Brexit”dən sonra Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhəd və gömrük qanunlarının necə tənzimlənəcəyi mürəkkəb məsələyə çevrilib.
AZƏRTAC xəbər verir ki, Britaniyanın “Brexit” komitəsi məsələnin həllinin sual altında olduğunu açıqlayıb. Çünki Britaniya Avropa İttifaqını tərk etdikdən sonra ittifaqdaxili vahid bazar və gömrük sistemindən də çıxacaq. Avropa İttifaqının üzvü olan İrlandiya Respublikasının Aİ ilə quru sərhədi isə yalnız Birləşmiş Krallıq ərazisindən keçir.
Nazirlər bəzi məsələləri texnologiyanın köməyi ilə həll etməyin mümkünlüyünü desələr də, “Brexit” Komitəsi bunun yoxlanılmadığını və fərziyyə olduğunu bildirib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London