Azərbaycan Dövlət İnformasiya Agentliyi

BRICS ABŞ dollarının dominant roluna son qoya bilərmi? Ekspertlər buna skeptik yanaşırlar

BRICS ABŞ dollarının dominant roluna son qoya bilərmi? Ekspertlər buna skeptik yanaşırlar

Bakı, 24 avqust, AZƏRTAC

BRICS qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) Yohannesburqda keçirilən sammitində əsas müzakirə mövzularından biri ABŞ dollarının qlobal dominantlığına son qoymaq olub.

AZƏRTAC xəbər verir ki, çoxqütblü dünya tələbi və Qərbin hegemonluğuna etiraz fonunda sammitdə dolların dominantlığına ən çox etiraz edən ölkələr Rusiya və Braziliya olub. Beynəlxalq maliyyə ekspertləri yeni reallıqlar və dünyanın ən əsas ehtiyat valyutasının gələcəyi ilə bağlı rəylərini bölüşüblər.

Ekspertlərin rəylərinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, qlobal maliyyə xidməti olan SWIFT-in son hesabatına görə, bu ilin iyulunda dolların qlobal ödəmələrdə rolu 46 faizə çatıb. Bu, rekord göstəricidir. Dolların qlobal ticarət hesablaşmalarında avro ilə nisbəti isə 22 faiz təşkil edir. Sonrakı yerlərdə funt-sterlinq, yapon yeni və çin yuanı gəlir. Qeyd edilib ki, Çinin valyutasının qlobal ödəmələrdə payı 3 faizə yüksəlib. 2010-cu ildə bu, cəmi 0,3 olub.

ABŞ-ın son aylarda maliyyə siyasətində bir sıra ciddi problemlərin olduğunu və Ukrayna müharibəsi fonunda qlobal inflyasiyanın gücləndiyini qeyd edən ekspertlər bildirirlər ki, BRICS qrupunun dollar ilə bağlı planları “ən yüksək dağın zirvəsinə qalxmaq qədər çətindir”. Artıq 80 ildir ki, ABŞ dolları bütün digər valyutalarla müqayisədə üstünlük təşkil edir. Dollar İkinci Dünya müharibəsinin sonundan bəri dünyanın əsas ehtiyat valyutası olub və beynəlxalq ticarətin 80 faizindən çoxunda istifadə olunduğu təxmin edilir. Lakin Qərbin qlobal idarəçilik və maliyyə üzərində hegemonluğundan yorulan inkişaf etməkdə olan ölkələrin bir qrupu ona qarşı müqavimət göstərməkdə israrlıdır.

Dolların hökmranlığından qlobal şəkildə uzaqlaşma çağırışları yeni deyil, lakin son geosiyasi dəyişikliklər və Qərblə Rusiya və Çin arasında artan gərginlik bu məsələni ön plana çıxarıb. 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Qərbin sanksiyaları Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını dondurub və əsas Rusiya banklarını beynəlxalq ödənişləri asanlaşdırmaq üçün istifadə etdiyi mesajlaşma şəbəkəsi olan SWIFT-dən çıxarıb. Ötən ilin sonunda isə ABŞ Çinə yarımkeçirici texnologiyalarının ixracına məhdudiyyətlər qoyub.

London İqtisadiyyat Məktəbinin baş mütəxəssisi Şirli Ze Yu bu prosesləri şərh edərkən deyib: "ABŞ Rusiya və İran sanksiyalarında dollardan istifadəni artırdıqca, digər inkişaf etməkdə olan ölkələrin ticarət, investisiya və ehtiyatlar üçün alternativ valyutalar axtarmaq istəyi artır, həmçinin SWIFT-dən kənar alternativ çoxtərəfli klirens sistemləri inkişaf etdirilir. ABŞ Federal Ehtiyat Sistemi son illərdə faiz dərəcələrini artırdığı üçün inkişaf etməkdə olan ölkələr dollar borcları üçün daha yüksək faiz ödəməkdən və güclü dolların məzənnə təsirinə qarşı mübarizədən geniş şəkildə əziyyət çəkirlər. Yerli və ya digər valyutalarda borc almaq marağı iqtisadi mülahizələrlə güclü şəkildə motivasiya edilir”.

Rusiya-Afrika əlaqələri üzrə siyasi analitik Qustavo de Carvalho “Əl-Cəzirə” telekanalına bildirib: “Siyasi məqsədlər üçün istifadə oluna biləcək qlobal miqyasda bir valyuta ilə əlaqə qurarkən hansı risklərlə qarşılaşırıq? BRICS ölkələrinin valyutalarından geniş istifadə yaxın gələcəkdə çox mümkün görünmür.

Pretoriya Universitetinin professoru Denni Bredlou mümkün valyuta variantlarını nəzərə alaraq, bir çox insanın qızıl standartına qayıtmaq istəməyinə şübhə etdiyini və kriptovalyutaların çətin bir seçim olduğunu söyləyib. O, fikirlərini həmin variantların daha riskli olması ilə əsaslandırıb. "Xüsusən kriptovalyutaların beynəlxalq ticarətdə faydalı olduğu müşahidə olunmayıb”, deyə o əlavə edib. Analitik vahid BRİCS valyutasının yaradılmasına da şübhə ilə yanaşıb.

Ekspertlər qeyd edirlər ki, vahid BRİCS valyutasının yaradılması üçün bir sıra institutlar tələb olunacaq. İnstitusional quruculuq ümumi standartlar və əsas dəyərlər toplusunu tələb edir. Bunlara nail olmaq qeyri-mümkün olmasa da, çox çətindir.

Rusiya və Avrasiyaya yönəlmiş strateji konsaltinq şirkəti olan “Macro-Advisory”nin investisiya analitiki Kris Vafer də bildirib ki, hətta müxtəlif hökumətlərdəki insanlar bunun baş verməyəcəyini və ya çox, çox uzun müddətə olmayacağını bilirlər. “BRICS-in dollara alternativ yaratması ideyası tamamilə xəyalpərəst və qeyri-real görünür. Əgər bu ölkələri birləşdirən vahid valyuta olsaydı, bu məsələdə Çinin dominantlığı görünərdi, lakin iqtisadi cəhətdən qüdrətli olan Çinin ətrafındakı digər ölkələrin maliyyə imkanları məhduddur. Bu, hər cür risk sahələri yaradacaq və onların hərəkət azadlığını hamı üçün qəbuledilməz olacaq şəkildə məhdudlaşdıracaq. BRICS-in hansı islahatları həyata keçirmək istəməsindən asılı olmayaraq, qruplaşma Şərq və Qərb və ya Qərb və digər ölkələr arasında seçim kimi görünsə, inkişaf etmək üçün çox yer olmayacaq”, - deyə o vurğulayıb.

Mümkün valyuta ilə bağlı söhbətlər diqqəti dolların əvəzlənməsi variantlarına yönəltsə də, Cənubi Afrikanın BRICS-də səfiri Anil Suklal bildirib ki, təmsil etdiyi qrup heç də Qərbin əleyhinə deyil. O əlavə edib. “Biz də dollara qarşı deyilik. Amma bizim qarşı olduğumuz məsələ qlobal maliyyə qarşılıqlı əlaqələri baxımından dolların hökmranlığının davam etməsidir”.

Ekspertlərin fikrincə, kapital nəzarətinin insanların icazəsiz ölkədən pul çıxarmasının qarşısını aldığı Hindistanda dolların sıxışdırılması çox çətindir. Rupi Hindistandan çıxdıqdan sonra, onu seçdiyiniz yerli valyutaya çevirmək üçün hələ də başqa valyutaya - dollar və ya avroya konvertasiya etmək lazımdır. Daha bir qlobal valyutanı dövriyyəyə buraxmaq üçün böyük dəyişikliklər baş verməlidir; Hindistan kapitala nəzarəti ləğv etməli və sonra qlobal sistemin yaratdığı SWIFT bank sisteminə demək olar ki, alternativ olmalı idi ki, bu valyutaların ticarət tərəfdaşları arasında ötürülməsinə icazə verilsin.

"Və sonra hər bir ölkə müvafiq ticarət tərəfdaşının valyutasını daha çox saxlamalı olacaq".

Ekspert Denni Bredlou isə hesab edir ki, bu dəyişikliklər yavaş-yavaş və konkret hər bir ölkə üzrə həyata keçirilməlidir. Onun sözlərinə görə, daha çox yerli valyuta ehtiyatına sahib olan BRICS ölkələrinin "çox şübhəli" strategiyası var, çünki ehtiyat valyuta likvid bazarlara çıxışı ilə sabit olmalıdır. Bu baxımdan dollar həqiqətən də hazırda bütün bu üstünlükləri təklif edən yeganə valyutadır.

Ekspert bununla bağlı konkret misal çəkib: “Bir ölkənin kiminlə ticarət aparması məsələsi də onun nəyi qəbul etməyə hazır olduğunu müəyyən edəcək. Məsələn, Çinlə çoxlu ticarət aparan Cənubi Afrika yuan ehtiyatlarını saxlamaqda maraqlı ola bilər, lakin onun digər əsas ticarət tərəfdaşları Qərbdə olduğu üçün Braziliya realı və ya Rusiya rublundan daha çox dollara ehtiyacı olacaq”. O əlavə edib ki, dolların dominantlığı onilliklər boyu davam edəcək və hər hansı yeni valyuta onun kölgəsində qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək