DÜNYA
Britaniyanın Baş naziri hindistanlı həmkarı ilə görüşmüşdür
London, 20 fevral (AZƏRTAC). Britaniyanın Baş naziri Devid Kameron Hindistana səfəri çərçivəsində həmkarı Manmohan Sinq ilə görüşmüşdür.
“The Guardian” qəzetinin verdiyi xəbərə görə, görüşdən sonra dövlət rəsmiləri Dehlidə birgə mətbuat konfransı keçirmişlər.
Görüş haqqında ətraflı məlumat verən həmkarlar, Britaniya və Hindistan arasında ikitərəfli müansibətlərin geniş müzakirə edildiyini diqqətə çatdırmışlar.
D.Kameron Hindistan ilə Britaniya arsında ticarət dövriyyəsinin həcminin daha da artırılması yolları və iki ölkə arasında viza rejimi barədə danşıqlar apardıqalrını bildirmişdir.
M.Sinq isə elm və təhsil məslələrinin iki ölkə arasında ən vacib sahələrdən olduğunu demiş və bu istiqamətdə münasibətlrin daha da inkişaf etdirilməsi üçün tətbiq edilən viza rejiminin əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London