İDMAN
Bu gün Bakının “Neftçi” futbol komandası təlim-məşq toplanışı keçmək məqsədilə Avstriyaya yola düşmüşdür
Bakı, 20 iyun (AZƏRTAC). Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “Neftçi” futbol komandası bu gün təlim-məşq toplanışı keçmək məqsədilə Avstriyaya yola düşmüşdür.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyevin yetirmələri bu gün axşam saatlarında sözügedən ölkədə ilk məşqinə çıxacaqlar.
“Neftçi” komandası Avstriyada 5 yoxlama oyunu keçirəcəkdir. “Neftçi”nin “Slavia” (Çexiya) və “Vaslui” (Rumıniya) klublarından sonra daha iki rəqibi müəyyənləşmişdir. Bakı təmsilçisi Avstriyadakı ilk görüşündə Rusiya Premyer Liqasında mübarizə aparan “Volqa” kollektivi ilə qarşılaşacaqdır. Bu oyunun iyunun 27-də keçirilməsi nəzərdə tutulmuşdur. “Volqa” ilə oyundan sonra “Neftçi” digər Premyer Liqa təmsilçisi “Rubin”lə üz-üzə gəlməsi gözlənilir.