İQTİSADİYYAT
Bu gündən “Qərbi Çıraq” platformasından hasilat dayandırılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-dən “Qərbi Çıraq” platformasından hasilat təxminən 15 günlük dayandırılıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb platformada inspeksiya və layihə işlərinin effektiv aparılmasıdır. Proqrama məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxildir.
Bu əməliyyat “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) üzrə illik iş proqramına, büdcəyə və hasilat planına daxil edilib.
Qeyd edək ki, AÇG yatağındakı digər platformalardan (“Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli”) və “Şahdəniz” yatağındakı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]