ELM VƏ TƏHSİL
Bu il Biləsuvarda ümumtəhsil məktəblərini 913 nəfər bitirmiş, onlardan 450 nəfərə yaxını ali təhsil müəssisələrinə sənəd vermişdir
Biləsuvar, 19 iyul (AZƏRTAC). İyulun 19-da Biləsuvarda bu il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov ölkəmizdə gənclərə, onların təhsilinə göstərilən dövlət qayğısından danışmış, son illərdə Biləsuvarda on yeni məktəb binasının tikintisini, onlarla məktəbin əsaslı təmir olunmasını bunun əyani sübutu olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu il rayonun ümumtəhsil məktəblərini 913 nəfər bitirmiş, onlardan 450 nəfərə yaxını ali təhsil müəssisələrinə sənəd vermişdir.
Çıxış edən müəllim və valideynlər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunların uğurlarından bəhs edərək, abituriyentlərə uğurlar arzulamış, onların müvafiq qəbul imtahanlarında yüksək nəticələr əldə edəcəklərinə inandıqlarını vurğulamışlar.
Məzunlar göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.