REGİONLAR
Bu mövsüm Zaqatalada 600 hektar sahədə tütün əkilməsi planlaşdırılır
Zaqatala, 22 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Zaqatala rayonunun təsərrüfatlarında 600 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Əkin üçün indiyədək 192 hektarda şum aparılıb. Bir neçə gündür ki, tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Qısa müddət ərzində təsərrüfatlarda 25 hektar sahəyə şitil köçürülüb və bu iş sürətlə davam etdirilir.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib .
Qurumdan bildiriblər ki, istehsalçılarla “İntertobacco” MMC arasında bağlanmış müqaviləyə əsasən əkin üçün nəzərdə tutulan 600 hektar sahənin 500 hektarına tütünün ətirli “Virciniya” sortu əkiləcək. 100 hektar sahədə isə Zaqatala rayonunda əvvəlki illərdə rayonlaşdırılmış ənənəvi tütün sortları əkiləcək.