Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 26 may, AZƏRTAC
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
İtaliya Prezidenti Sercio Mattarella Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Pakistan Prezidenti Asif Əli Zərdari Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
İsrail Prezidenti İsxak Hersoq Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Fransa Prezidenti Emmanuel MakronMüstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
İspaniyanın Kralı VI Felipe Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar.
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər.
Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub.
Milli Məclisin yaz sessiyası başa çatıb.
Mayın 26-da Xocalı rayonuna növbəti köç olub. Rayonun 5 kəndinə, ümumilikdə, 29 nəfərdən ibarət 9 ailə qayıdıb.
Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb.
Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək.
Azərbaycanda seçici sayı açıqlanıb, ən yaşlı seçicilər məlum olub.
Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb.