Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Əziz Qardaşım.
Zati-alinizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq duyuram.
Xüsusilə qeyd etmək istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər və genişmiqyaslı islahatlar həyata keçirilir, xalqın rifahı və həyat səviyyəsi yüksəlir, regionlarda böyük quruculuq və abadlıq işləri aparılır.
Bu yaxınlarda məhz Sizin təşəbbüsünüzlə gözəl və bənzərsiz Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası olduqca yüksək səviyyədə və uğurla təşkil edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyinin getdikcə daha da möhkəmləndiyinin növbəti parlaq göstəricisidir.
Əlbəttə, son illərdə birgə və qətiyyətli səylərimiz nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və digər prioritet sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin tamamilə yeni mərhələyə yüksəlməsi bizə böyük məmnunluq bəxş edir.
Sizinlə müntəzəm olaraq keçirdiyimiz səmərəli görüşlər və qarşılıqlı dialoq nəticəsində əldə edilən mühüm razılaşmaların tam şəkildə icra olunmasının çoxşaxəli əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminəm.
Möhtərəm İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və yüksək məsuliyyət tələb edən ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə daim əmin-amanlıq, rifah və tərəqqi arzulayıram.
Səmimi ehtiramla,
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti