Lənkərandakı cəzaçəkmə müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır
Bakı, 23 sentyabr, AZƏRTAC
Casusluqda təqsirləndirilərək məhkum edilən Fransa vətəndaşı Martin Ryan həbsdən azad olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Penitensiar xidmətin rəisinin müavini general-mayor Oktay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası zamanı bildirib.
O deyib ki, Penitensiar xidmətin Lənkərandakı müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır. Həmçinin Naxçıvandakı müəssisədən 2 və digər cəzaçəkmə müəssisələrinin hər birindən 1 nəfər olmaqla, əfvə düşən şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar və onlar sərbəst buraxılıblar.
Müxbir - Nailə Həsənova
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Tagiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:38]
Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ
- 23.09.2026 [16:37]
Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb
- 23.09.2026 [16:17]
Əfv edilən şəxs: Prezidentimiz bizi ailəmizə qovuşdurdu
- 23.09.2026 [16:17]
Su polisi brakonyerlik edən şəxsi saxlayıb
- 23.09.2026 [16:09]
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir
- 23.09.2026 [16:05]