Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 23 sentyabr, AZƏRTAC
Çin Azərbaycanla Günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.
Səfir bildirib ki, yaşıl keçid Çin modernləşməsinin mühüm səciyyəvi xüsusiyyətlərindən birinə çevrilib: “Çin qlobal yaşıl keçidin təşviq edilməsində mühüm rol oynayır. Çin dünyanın ən böyük yaşıl energetika sənayesi zəncirini yaradıb, bir çox ölkəyə əlçatan və yüksəkkeyfiyyətli ekoloji təmiz enerji həllərinə çıxış imkanı təmin edib”.
Azərbaycanla əməkdaşlığa toxunan diplomat ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qobustan Günəş elektrik stansiyasının açılış mərasimində iştirak etdiyini xatırladıb: “Hələ ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev və mən Azərbaycanın dayanıqlı inkişafına töhfə verən Qobustan Günəş Elektrik Stansiyasının açılış mərasimində iştirak etmişdik”, - deyə səfir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]