Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakıda Formula 1 Azərbaycan Qran-Prisi öncəsi ənənəvi pit-leyn gəzintisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarışın 10-cu dəfə keçirildiyi Bakı Şəhər Halqasında baş tutan gəzintidə 3 günlük bilet sahibləri iştirak edirlər.
Saat 16:00-da başlayan və təxminən 2 saat davam edəcək tədbir zamanı minlərlə azarkeş Formula 1 komandalarının qarajlarını yaxından görmək, bolidlərin hazırlıq prosesini izləmək və yarış ab-havasını yerində hiss etmək imkanı qazanacaq.
Müxtəlif ölkələrdən gələn fanatlar, həmçinin sevimli pilotları ilə şəkil çəkdirərək xatirə fotoları əldə edəcəklər.
Pit-leyn gəzintisi azarkeşlərə yarış həftəsonu başlamazdan əvvəl Formula 1 dünyasının atmosferini yaxından hiss etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.
Fotoqraf – Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:18]
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
- 23.09.2026 [15:45]
“Şəfa” Qəbələdə toplanış keçəcək
- 23.09.2026 [14:28]
Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm
- 23.09.2026 [14:16]
Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik
- 23.09.2026 [13:58]
Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur
- 23.09.2026 [13:56]
Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram
- 23.09.2026 [13:47]