Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
Qahirə, 23 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası” Qəzza zolağının bərpası ilə bağlı 2,45 milyard dollar dəyərində planı açıqlamağa hazırlaşır.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, şura bu gün keçiriləcək iclas zamanı Qəzza zolağının altı ay ərzində bərpası və dirçəldilməsi planını təqdim edəcək.
66 layihəni əhatə edən plan müharibədən sonrakı ilk aylarda Qəzzada yenidənqurma və idarəetmənin əsas istiqamətlərini müəyyənləşdirməyi nəzərdə tutur.
“Axios”un məlumatına görə, sənəd “Sülh Şurası”nın 28 ölkədən olan ekspertləri ilə Fələstin texnokrat hökumətinin birgə fəaliyyətinin nəticəsidir. Planın hazırlanmasına təxminən bir il vaxt sərf olunub.
Layihələr Qəzza zolağının bərpasının ilkin mərhələsində həyata keçirilməsi nəzərdə tutulan tədbirləri və idarəetmə mexanizmlərini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]