Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik
Bakı, 23 sentyabr, AZƏRTAC
Bu, həzz aldığım və kifayət qədər çətin trasdır. Yüksəksürətli döngələr maşınımıza çox uyğundur. Hava şəraitinin də müəyyən təsiri olacaq. Amma buranı sevirəm və ümumilikdə yaxşı trasdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Mercedes” komandasının pilotu Corc Rassel Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
O, son yarışlardakı çıxışlarından daha çox razı qaldığını vurğulayıb: “Madriddə çox yaxşı yarış tempimiz və güclü performansımız var idi. Təəssüf ki, texniki problem yaşadıq. Bu, məyusedici oldu, çünki podiuma yüksələ bilərdik. Bakı trası bizim maşınımıza Madrid trasından bir qədər daha çox uyğun gəlir. Ona görə də burada daha yaxşı nəticə gözləyirəm. Bu il bolidin və təkərlərin fərqli olması ilə bağlı müəyyən çətinliklər yaşadıq. Komanda olaraq nələrin işlədiyini müəyyənləşdirmək bizim üçün vacib idi. Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik və burada qələbə uğrunda mübarizə apara biləcəyimizə inanıram”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.
Fotoqraf – Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:45]
“Şəfa” Qəbələdə toplanış keçəcək
- 23.09.2026 [14:28]
Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm
- 23.09.2026 [13:58]
Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur
- 23.09.2026 [13:56]
Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram
- 23.09.2026 [13:47]
“Valensiya”nın yeni baş məşqçisi məlum olub
- 23.09.2026 [13:43]
“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik
- 23.09.2026 [13:12]
"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb
- 23.09.2026 [12:35]