Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5 faiz səviyyəsində müəyyən edilib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.
Faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:36]
Azərbaycan əhalisinin sayı açıqlanıb
- 16.10.2026 [12:13]
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO
- 16.10.2026 [12:11]
Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]