Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Axura kəndi yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisə yerinə dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Avtomobildə sıxılı vəziyyətdə qalan 1958-ci il təvəllüdlü Abbasov Cəfər İsa oğlu və 1990-cı il təvəllüdlü Abbasov Nuran Cəfər oğlu xilas edilərək, təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:38]
ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib
- 23.09.2026 [10:51]
Bərdədə gənclərlə maarifləndirici görüş keçirilib
- 23.09.2026 [10:47]
Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb
- 23.09.2026 [10:41]
Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO
- 23.09.2026 [10:39]
Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb
- 23.09.2026 [10:23]
Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO
- 23.09.2026 [10:18]