Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələrinin yaradacaq ŞƏRH

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələrinin yaradacaq  ŞƏRH

Bakı, 23 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə bu sahənin Azərbaycanın iqtisadi inkişafında qarşıdakı dövrdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini göstərir. Müşavirədə ölkənin qeyri-neft sektorunun genişləndirilməsi, regionların iqtisadi potensialından səmərəli istifadə, yeni sənaye müəssisələrinin yaradılması və faydalı qazıntıların hasilatından emalına qədər tam istehsal zəncirinin formalaşdırılması ilə bağlı mühüm məsələlər diqqətə çatdırılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

O bildirib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi, regionların iqtisadi potensialının artırılması və yeni sənaye imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramın cəmi dörd il ərzində icrası nəzərdə tutulur. Bu müddətdə 5 mindən çox daimi iş yerinin yaradılması, dövlət büdcəsinə əlavə vergi daxilolmalarının təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi və illik maliyyə təsirinin 1 milyard manatdan çox olması gözlənilir. Bu proses, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün böyük əhəmiyyət kəsb edir. Kəlbəcər, Ağdərə və Zəngilan kimi ərazilərdə qızıl, mis və molibden yataqlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi və istismara hazırlanması həmin ərazilərdə yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına, məşğulluğun artmasına və investisiya imkanlarının genişlənməsinə şərait yarada bilər. Burada əsas məqsəd yalnız faydalı qazıntıların hasilatı deyil. Yataqlardan çıxarılan filizin zənginləşdirilməsi və emalının da ölkə daxilində təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır. Beləliklə, xammalın, sadəcə, ixracı əvəzinə daha yüksək əlavə dəyər yaradan istehsal zənciri formalaşdırmaq mümkündür.

“Dağ-mədən sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafı istiqamətində son iyirmi ildə həyata keçirilən dövlət proqramlarının məntiqi davamı kimi də qiymətləndirilə bilər. 2004-cü ildən başlayaraq regionlarda yolların, məktəblərin, xəstəxanaların, dəmir yollarının və hava limanlarının tikintisi, qazlaşdırma və enerji infrastrukturunun genişləndirilməsi iqtisadi fəaliyyət üçün mühüm baza yaradıb. Bu infrastruktur imkanlarının yeni sənaye layihələri ilə tamamlanması regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına imkan verə bilər. Müşavirədə iqtisadi artımın mövcud göstəricilərinə də diqqət yetirilib. ÜDM artım tempinin aşağı düşməsində təbii neft hasilatının azalmasının əsas amillərdən biri olduğu qeyd edilir. Bununla yanaşı, qeyri-neft sektorunda artımın davam etməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm göstəricidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da qeyri-neft sektorunda yeni artım mənbələri yaradacaq”, - deyə N.Aslanov vurğulayıb.

Deputat əlavə edib ki, “Filizçay” polimetal yatağı, “Daşkəsən” filiz yatağı və Qərb Sənaye Parkı ilə bağlı layihələr xüsusi əhəmiyyət daşıyır. Qərb Sənaye Parkında filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və briketləşdirilmiş dəmir istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması qarşıya qoyulan hədəflər sırasında yer alır. “Filizçay” yatağının istismara hazırlanması da mühüm layihələrdən biridir. Bu yataq üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və investisiya qərarının qəbul edilməsi qarşıdakı mərhələdə əsas məsələlərdən olacaq. Dövlət və özəl sektorun, o cümlədən xarici investorların prosesə cəlb edilməsi iri layihələrin maliyyələşdirilməsi və müasir texnologiyaların tətbiqi üçün əlavə imkanlar yarada bilər.

Müşavirədə ekoloji məsələlərin də xüsusi diqqətdə saxlanılması vurğulanıb. Belə ki, dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, meşələrin, su ehtiyatlarının və digər təbii sərvətlərin qorunması əsas prioritetlərdən biri olmalıdır. İstehsal proseslərinin müasir ekoloji standartlara uyğun qurulması, ciddi ekspertizanın aparılması və təbiətə təsirin minimuma endirilməsi sənayeləşmənin dayanıqlı xarakter daşıması baxımından vacibdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər