İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
Bakı, 23 sentyabr, AZƏRTAC
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Nyu-Yorkda Qətərin vasitəçiliyi ilə ABŞ nümayəndələri ilə əlaqə saxlayıb və bütün cəbhələrdə müharibənin dayandırılması daxil olmaqla Tehranın şərtlərini çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İsmayıl Bəqai İranın dövlət xəbər agentliyi IRNA-ya bildirib. O qeyd edib ki, Tehranın şərtlərinə dəniz blokadasına və iqtisadi müharibəyə son qoyulması, İran aktivlərinin azad edilməsi də daxildir.
ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff isə “X” sosial platformasında bildirib ki, Vaşinqton Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində gün ərzində iki tərəf arasında vasitəçilərin iştirakı ilə İran nümayəndə heyəti ilə uzun danışıqlar aparıb. O, öz paylaşımında əlavə edib: “Onlar konstruktiv və perspektivli olacağına ümid etdiyimiz bir sıra müzakirələri uğurla başa çatdırıblar. Vasitəçilər işlərini davam etdirəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]