“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu
Bakı, 23 sentyabr, AZƏRTAC
Milli komandada çıxış etmək hər bir futbolçu üçün fəxrdir. Eləcə də mənim üçün. Bu xüsusi hissləri sözlə ifadə etmək çətindir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ilk dəfə Azərbaycanın əsas milli komandasına dəvət alan “Sabah”ın gənc qapıçısı Rəvan Mirzəmmədov deyib.
Qolkiper bu yolda ona dəstək olan hər kəsə, ilk məşqçisi Məmmədəli Ağatalıbova və bu səviyyəyə çatmasında böyük rolu olan klubuna təşəkkür edib: “İnanıram ki, şans qazanacağım halda öz oyunumla millimizin məşqçilərinin ümidlərini doğruldacağam”.
Mirzəmmədov Azərbaycan Premyer Liqasının V turunda “Şəfa”ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra millinin seçmə mərhələ matçlarına dəvət alacağını gözləmədiyini bildirib: “Düzü, dəvət bir qədər gözlənilməz oldu. Amma bayaq da qeyd etdiyim kimi, millinin formasını geyinmək hər bir futbolçu üçün fəxrdir. Etimad göstərdiklərinə görə millimizin məşqçilərinə təşəkkür edirəm”.
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarında meydana çıxmaq ehtimalından da danışan qapıçı bunun məşqçilər korpusunun qərarından asılı olduğunu vurğulayıb: “İstənilən qərara hörmətlə yanaşmaq lazımdır. Əlbəttə, şans qazanacağım halda fayda vermək üçün əlimdən gələni edəcəyəm”.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:15]
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
- 23.09.2026 [11:04]
Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb
- 23.09.2026 [10:37]
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
- 23.09.2026 [10:31]
"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək
- 23.09.2026 [10:24]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək
- 23.09.2026 [10:17]
Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı
- 23.09.2026 [09:46]
Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq
- 23.09.2026 [09:39]
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
- 22.09.2026 [21:42]