Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində davam etdirir.
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə birgə icra etdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Növbəti maarifləndirmə tədbiri Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə tam orta ümumtəhsil məktəbində baş tutub. Tədbirdə Xocavənd rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, yerli sakinlər, müəllimlər və şagirdlər iştirak ediblər.
İştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları, ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları barədə və digər zəruri məsələlərə dair ətraflı məlumat verilib. Layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.
Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Xocavənd şəhərində və Xanoba kəndində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:38]
ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib
- 23.09.2026 [10:51]
Bərdədə gənclərlə maarifləndirici görüş keçirilib
- 23.09.2026 [10:47]
Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb
- 23.09.2026 [10:41]
Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO
- 23.09.2026 [10:39]
Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb
- 23.09.2026 [10:23]
Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO
- 23.09.2026 [10:18]