Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvanda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan, ümumilikdə, 10 min manata yaxın pul aldığı müəyyən edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .
Hazırda şəxsin digər analoji əməllərinin olub-olmaması və dələduzluqdan zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [10:51]
Bərdədə gənclərlə maarifləndirici görüş keçirilib
- 23.09.2026 [10:47]
Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb
- 23.09.2026 [10:41]
Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO
- 23.09.2026 [10:23]
Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO
- 23.09.2026 [10:18]
Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılıb
- 23.09.2026 [10:08]