Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
Bakı, 23 sentyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı yarımfinala yüksəlib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Sübhan Mamedov (50 kiloqram) 1/4 finalda İştvan Saka (Macarıstan) ilə döyüşüb. Dünya çempionumuz rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, sentyabrın 23-də yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gələcək.
Amin Məmmədzadə (55 kiloqram) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub – 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Boksçumuz sentyabrın 24-də yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.
Məhəmməd Abdullayev (+90 kiloqram) də rinqdən qalib ayrılıb. Dünya Kubokunun sahibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev sentyabrın 23-də yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Yarımfinala yüksələn boksçular özləri üçün azı bürünc medalı təmin ediblər. Bu gün, həmçinin Nəbi İsgəndərov (70 kiloqram) 1/2 finalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kiloqram) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:15]
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
- 23.09.2026 [11:11]
“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu
- 23.09.2026 [11:04]
Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb
- 23.09.2026 [10:37]
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
- 23.09.2026 [10:31]
"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək
- 23.09.2026 [10:24]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək
- 23.09.2026 [10:17]
Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı
- 23.09.2026 [09:46]
Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq
- 22.09.2026 [21:42]