“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində 2026/2027-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar dərc olunub.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və “Wolt” tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt
Nəşrin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:35]
BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək
- 23.09.2026 [11:05]
ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb
- 23.09.2026 [10:54]
Bolqarıstan jurnalında Nizami Gəncəvi haqqında geniş məqalə dərc olunub
- 23.09.2026 [10:33]