Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanda qara metallurgiya sənayesinin inkişaf etdirilməsi, idxaldan asılılığın mərhələli şəkildə azaldılması və qara metallurgiya məhsullarının ixrac potensialının gücləndirilməsi hədəflənib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Dövlət Proqramına əsasən, 2030-cu ilədək Qərb Sənaye Parkının fəaliyyətə başlaması və Daşkəsən dəmir filizi yataqları əsasında illik 1 milyon ton İsti Briketlənmiş Dəmir (İBD) istehsalını təmin edəcək xammal bazasının yaradılması planlaşdırılır.
Eyni zamanda, Qərb Sənaye Parkında Pellet və İBD istehsalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində yerli və idxal olunan xammal hesabına illik 2 milyon ton İBD istehsal gücü yaradılacaq. İstehsal olunan İBD-nin bir hissəsinin ölkədaxili metallurgiya müəssisələrində mərhələli şəkildə xammal kimi istifadəsi nəzərdə tutulur.
Eyni zamanda, qara metallurgiya sahəsində yeni yayma zavodlarının və boru istehsalı sahələrinin yaradılmasının, habelə mövcud istehsal güclərinin genişləndirilməsinin dəstəklənməsi hədəflənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:29]
® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”
- 23.09.2026 [11:27]
Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb
- 23.09.2026 [11:20]
AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib
- 23.09.2026 [11:16]
Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib
- 23.09.2026 [11:05]
Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir
- 23.09.2026 [11:02]