“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakıda yaxşı nəticə uğrunda mübarizə aparmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını etmək və rəqabətədavamlı olmaq istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Red Bull” komandasının pilotu İsak Hacar Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
O, yenidən sükan arxasına keçəcəyi günü səbirsizliklə gözlədiyini bildirib: “Bildiyiniz kimi, sonuncu dəfə Budapeştdə sükan arxasında olmuşdum. Mənə elə gəlir ki, sanki üstündən çox uzun vaxt keçib. Ona görə də həqiqətən qayıtmaq gözəldir. Qayıtmaq üçün çətin dövrdən keçdik, amma həyəcanlıyam. Hər şey əladır. Biləyimlə bağlı deyə bilərəm ki, maşın sürmək üçün kifayət qədər yaxşıdır. Mənim üçün əsas vacib olan da budur”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.
Fotoqraf – Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [14:28]
Meksikalı pilot Serxio Peres: Bakıdakı yarış üçün ümidliyəm
- 23.09.2026 [14:16]
Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik
- 23.09.2026 [13:58]
Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur
- 23.09.2026 [13:56]
Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram
- 23.09.2026 [13:47]
“Valensiya”nın yeni baş məşqçisi məlum olub
- 23.09.2026 [13:12]
"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb
- 23.09.2026 [12:35]