Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm
Bakı, 23 sentyabr, AZƏRTAC
Ümid edirəm ki, Bakıda bolidimizi bir qədər də yaxşılaşdıra biləcəyik. Buna görə ümidliyəm və burada daha yaxşı nəticə göstərəcəyimizə inanıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Cadillac” komandasının pilotu Serxio Peres Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
O, Bakıdakı yarışda daha yaxşı nəticə göstərmək üçün komandanın Monza Qran-Prisində əldə etdiyi irəliləyişin vacib olduğunu bildirib:“Düşünürəm ki, Monzadakı yarış bizim üçün çox yaxşı keçmədi. Amma ümumilikdə həmin həftəsonu komanda üçün irəliləyiş oldu. Maşını trasda yaxşı idarə etmək vacib idi. Monza trasında çoxlu düz hissə var. Bu isə bizim maşına uyğun deyildi. Ona görə də orada böyük nəticə gözləmirdim. Buna baxmayaraq, həmin yarış maşının balansını yaxşılaşdırmaq üçün bizə kömək etdi. Monza mərhələsi Bakıda nəticəmizi daha da yaxşılaşdırmaq baxımından bizim üçün bir addım oldu”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.
Fotoqraf – Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:45]
“Şəfa” Qəbələdə toplanış keçəcək
- 23.09.2026 [14:16]
Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik
- 23.09.2026 [13:58]
Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur
- 23.09.2026 [13:56]
Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram
- 23.09.2026 [13:47]
“Valensiya”nın yeni baş məşqçisi məlum olub
- 23.09.2026 [13:43]
“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik
- 23.09.2026 [13:12]
"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb
- 23.09.2026 [12:35]