Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Bu il sentyabrın 1-nə muxtar respublikada qeydiyyatda olan onlayn nəzarət kassa aparatlarının (NKA) sayı 3401 ədəd olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni nəsil NKA-lardan istifadənin genişləndirilməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb.
2026-cı ilin yanvar–avqust aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 405,6 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75 milyon manat və ya 27,9 faiz çoxdur.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:38]
ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib
- 23.09.2026 [10:51]
Bərdədə gənclərlə maarifləndirici görüş keçirilib
- 23.09.2026 [10:47]
Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb
- 23.09.2026 [10:41]
Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO
- 23.09.2026 [10:39]
Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb
- 23.09.2026 [10:23]