Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Daşkəsən dəmir filizi layihəsi çərçivəsində filiz hasilatının təşkili, Zənginləşdirmə və Pellet istehsalı zavodlarının, eləcə də İsti Briketlənmiş Dəmir (İBD) zavodunun qurulması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Dövlət Proqramına əsasən, layihə çərçivəsində dəmir filizi konsentratının Zənginləşdirmə zavodundan Pellet istehsalı zavoduna nəqli üçün 45 kilometr uzunluğunda boru kəməri qurulacaq.
Bundan başqa, qara metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin, o cümlədən dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqinə dair təkliflər hazırlanması planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:39]
Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb
- 23.09.2026 [11:59]
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
- 23.09.2026 [11:29]