İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
İstanbul, 23 sentyabr, AZƏRTAC
Türkiyənin Daxili İşlər Nazirliyi 29-u İnterpolun qırmızı bülleteni ilə beynəlxalq səviyyədə, 47-si isə milli səviyyədə axtarılan 76 şəxsin ölkəyə ekstradisiya edildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatına görə, bu şəxslərdən 61-i Gürcüstandan, 4-ü Yunanıstandan, 4-ü Almaniyadan, 2-si Fransadan, 2-si ABŞ-dən, digərləri isə Böyük Britaniya, Serbiya və Azərbaycandan Türkiyəyə təhvil verilib. Beynəlxalq və milli səviyyədə axtarışda olan şəxslərin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]