Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, ekskursiya zamanı ahıllar qoruğun ərazisi ilə yaxından tanış olublar, qədim yaşayış məskənləri, memarlıq nümunələri və burada yaşayan əhalinin həyat tərzini əks etdirən eksponatlar haqqında məlumat alıblar.
Ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən ekskursiya böyük maraqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.