“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək
Bakı, 23 sentyabr, AZƏRTAC
İsti Briketlənmiş Dəmir (İBD) zavodunun yüksəkhəcmli və fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədilə “Qazıməmməd Qazax” magistral qaz kəmərinin birinci xətti üzrə 69 kilometrlik hissəsinin əsaslı təmiri planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Sənədə əsasən, təmir 2027–2028-ci illərdə SOCAR, İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi (AİH) tərəfindən həyata keçiriləcək.
Magistral qaz kəmərinin texniki vəziyyətinin qiymətləndirilməsi və əsaslı təmir layihəsinin hazırlanması, 69 kilometrlik hissədə əsaslı təmir işlərinin həyata keçirilməsi, həmçinin İBD zavodunun fasiləsiz və etibarlı təbii qaz təchizatının təmin edilməsi hədəflənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]