Kral Salman: Dünya müsəlmanları husilərin Məkkəni hədəf almaq cəhdini pisləyir
Bakı, 23 sentyabr, AZƏRTAC
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz terrorçu husi dəstələrinin Məkkəni hədəf almaq cəhdlərini pisləyib. O, bu hərəkətin geniş beynəlxalq qınağa və tənqidə səbəb olduğunu deyib.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Ciddədə Nazirlər Şurasının həftəlik iclasına sədrlik edən Kral müqəddəs ocağa qarşı bu dəhşətli cinayətin dünya müsəlmanlarının hisslərini oyatdığını bildirib.
Kral Salman, həmçinin hərbi və təhlükəsizlik işçilərinin vətəni müdafiə etməkdə və müqəddəs yerlərə, zəvvarlara, Krallığın vətəndaşlarına qarşı hər hansı bir təcavüzə qarşı qətiyyətlə mübarizə aparmaqda rolunu yüksək qiymətləndirib.
İclasdan sonra Krallığın media naziri Salman əl-Dössari bildirib ki, Səudiyyə Ərəbistanının Nazirlər Kabineti regional inkişafları nəzərdən keçirərkən beynəlxalq ticarəti və qlobal təchizat zəncirlərini qorumaq üçün beynəlxalq hüquqa, xüsusən də dövlət suverenliyinə hörmət, mübahisələrin sülh yolu ilə həlli, beynəlxalq su yollarında təhlükəsiz naviqasiyanın təmin edilməsi kimi prinsiplərə riayət olunmasının vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]