“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
“Araz-Naxçıvan” baş məşqçi postuna Yuri Maksimovu təyin edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, ukraynalı mütəxəssislə müqavilə 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Məşqçilər korpusuna digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Yuri Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:04]
Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub
- 23.09.2026 [15:45]
“Şəfa” Qəbələdə toplanış keçəcək
- 23.09.2026 [14:28]
Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm
- 23.09.2026 [14:16]
Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik
- 23.09.2026 [13:58]
Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur
- 23.09.2026 [13:56]
Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram
- 23.09.2026 [13:47]