Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq  ŞƏRH

Bakı, 23 sentyabr, AZƏRTAC

“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın məntiqi ondan ibarətdir ki, mineral ehtiyatlar hasilat mərhələsində dayanmasın, onların ətrafında emal, metallurgiya, logistika, xidmət və yeni sənaye sahələrindən ibarət bütöv iqtisadi zəncir formalaşsın. Prezident İlham Əliyev də çıxışında əsas məqsədin daha çox xammal hasil etməkdən əlavə, xammalı ölkə daxilində emal etməklə daha yüksək əlavə dəyər yaratmaq olduğunu vurğulayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, Filizçay, Dəmirli, Söyüdlü, Daşkəsən və Naxçıvandakı yataqların mərhələli şəkildə iqtisadi dövriyyəyə daxil edilməsi ilk növbədə regionlarda sənaye fəaliyyətinin coğrafiyasını genişləndirə bilər. Mədən müəssisəsi yalnız yatağın yerləşdiyi ərazidə hasilat aparan istehsal sahəsi kimi fəaliyyət göstərmir. Onun ətrafında nəqliyyat, enerji, su təminatı, texniki xidmət, tikinti, avadanlıq, laboratoriya, rabitə, logistika və digər çoxsaylı xidmətlərə tələbat yaranır. Bu isə yerli sahibkarlıq üçün yeni bazar formalaşdırır. Mədən müəssisəsinə xidmət göstərən podratçı şirkətlər, nəqliyyat və logistika müəssisələri, texniki servis mərkəzləri, avadanlıq təchizatçıları və digər xidmət sahələri inkişaf etdikcə həmin rayonlarda iqtisadi fəallıq artır. Bu prosesin mühüm tərəfi məşğulluq imkanlarının genişlənməsidir. Sənaye zəncirinin genişlənməsi haqqında isə demək olar ki, burada əsas məsələ yataqların istismara verilməsindən əldə olunan filizin hansı formada iqtisadiyyata daxil olmasıdır. Əgər filiz yalnız ilkin xammal kimi satılarsa, onun yaratdığı əlavə dəyərin mühüm hissəsi ölkədən kənarda formalaşır. Dövlət Proqramında isə kəşfiyyatdan hasilata, zənginləşdirmədən emala, yarımfabrikat və hazır məhsul istehsalına qədər dəyər zəncirinin mümkün qədər ölkə daxilində qurulması qarşıya məqsəd qoyulub. Məsələn, Daşkəsən layihəsində dəmir filizinin hasilatı ilə kifayətlənməyərək zənginləşdirmə, pelet istehsalı və isti briketləşdirilmiş dəmir istehsalı güclərinin yaradılması planlaşdırılır. Burada illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücünün formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma dəmir filizini sonrakı metallurgiya prosesləri üçün yerli sənaye xammalına çevirir və ölkədə daha dərin metallurgiya zəncirinin yaranmasına imkan verir. Bu baxımdan Daşkəsən yalnız bir mədən layihəsi kimi deyil, ətrafında metallurgiya və əlaqəli sənaye sahələrinin inkişaf edə biləcəyi sənaye platforması kimi qiymətləndirilə bilər.

Mis, sink və qurğuşun ehtiyatları iqtisadi dövriyyəyə cəlb ediləcək

Komitə sədri vurğulayıb ki, Filizçay xüsusilə böyük potensiala malik layihələrdən biridir. Dövlət Proqramının təqdimatında yatağın uzunmüddətli istismarı çərçivəsində mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Burada əsas imkan yalnız hasilatın artırılması ilə bağlı deyil. Mis, sink və qurğuşun kimi metalların müasir sənayedə geniş tətbiq sahələri var. Bu səbəbdən Filizçay ətrafında zənginləşdirmə və emal imkanlarının inkişaf etdirilməsi Azərbaycanın əlvan metallurgiya bazasının genişlənməsinə, ixrac məhsullarının çeşidinin artmasına və yeni texnoloji istehsal sahələrinin yaranmasına zəmin yarada bilər. Eyni zamanda Balakən və ətraf rayonlarda nəqliyyat, enerji və digər infrastrukturun inkişafına əlavə stimul yarana bilər. Naxçıvandakı yataqların öyrənilməsi və istismara hazırlanması Muxtar Respublikanın sənaye potensialının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramında Naxçıvandakı perspektivli yataqlar üzrə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Bundan başqa, Naxçıvanda “Ortakənd” qızıl yatağı üzrə ilk istehsalın 2029-cu ildə başlanması planlaşdırılır. Bu proses Naxçıvanda yaradılan yeni sənaye infrastrukturu ilə əlaqələndirilə bilər.

Birbaşa və dolayı məşğulluq artacaq

S.Qurbanov qeyd edib ki, burada məşğulluq məsələsinə yalnız mədənlərdə yaradılacaq iş yerlərinin sayı kimi baxmaq düzgün olmaz. Əsas iqtisadi effekt birbaşa və dolayı məşğulluğun birlikdə artması ilə bağlıdır. Daha mühüm məsələ isə insan kapitalının inkişafıdır. Yeni sənaye müəssisələri yüksəkixtisaslı kadrlara ehtiyac yaratdıqca, regionlarda peşə hazırlığı və texniki təhsil üçün yeni imkanlar meydana çıxır. Bu da gənclərin regionlarda qalaraq müasir sənaye sahələrində işləməsinə şərait yarada bilər. Ən mühüm nəticə ondan ibarətdir ki, bu yataqların mərhələli şəkildə istismara verilməsi Azərbaycanın regionlarında yeni iqtisadi ekosistemlərin yaranmasına imkan verə bilər. Burada mədən yatağı başlanğıc nöqtəsidir. Onun ardınca emal müəssisəsi, logistika, enerji infrastrukturu, xidmət sektoru, peşə hazırlığı, kiçik və orta sahibkarlıq, yeni sənaye müəssisələri və ixrac imkanları formalaşır. Ona görə də Filizçay, Dəmirli, Söyüdlü, Daşkəsən və Naxçıvan yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsini yalnız təbii ehtiyatlardan gəlir əldə etmək kimi qiymətləndirmək məhdud yanaşma olar. Daha geniş mənada bu layihələr xammal potensialının sənaye potensialına, sənaye potensialının isə regionların davamlı iqtisadi inkişafına çevrilməsi üçün imkan yaradır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər